Sovet Kazımov adına tam orta məktəb

Sovet Kazımov adına tam orta məktəb

Azərbaycan təhsilini sürətlə inkişaf etdirmək və bu sahani dünyanın inkişaf etmiş ölkələrinin təhsilinin səviyyəsinə çatdırmaqdan ibarətdir. Bugün ki, təhsilimizin bu qədər sürətlə inkişafı məs ulu öndər Heydər Əliyevin vaxtında gördüyü işlərin nəticəsidir. Müstəqil Azərbaycan respublikasınln qurucusu Heydər Əliyev hər sahadə olduğu kimi təhsil sahəsinə də xüsusi diqqət ayırmışdır ki, məs bu gün ölkəmizin hər yerində olduğu kimi Tovuz rayonundada yeni məktəb binaları, məktəbə qədər təhsil müəssiələri tikilir və ya əsaslı təmir olunaraq yenidən istifadəyə verilir. Belə bir təhsil ocaqlarından biridə Tovuz rayonu Kovlyar şəhərində yerləşən Sovet Kazımov adına tam orta məktəbidir ki, bu məktəbin uğurlarından, əldə etdiyi yüksək nəticələrdən siz dəyərli izləyicilər üçün reportaj hazırlamaq qərarına gəldik.

Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir istilik və işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Məktəbin failiyyəti haqda lazımi məlumatları əldə etdikdə məlum olur ki, hal-hazırda bu məktəbin 902 şagird təhsil alır və 103 nəfər müəllim kollektivi dərslərin tədrisi ilə məşğul olurlar. Hər il bu məktəbin məzunları ali təhsil ocaqlarına yüksək balla qəbul olunurlar və təhsilini uğurla başa vuran 42 nəfərin 14 nəfəri ali təhsil ocaqlarına, bir çoxu ali hərbi akademiyaya  qəbul olunub. Hər bir uğurun arxasında gərgin əmək və ömrünü bu sahayə ayırmış insanlar var ki, əlindən gələni edirlər ki, gələcəyimiz olan övladlarımız yüksək bilik və bacarıqlara malik olsunlar. Məs bu səbdən xüsusi minnatdarlığımızı məktəbin direktoru Rahilə Yusibova  bildiririk.  Məktəbə rəhbərlik etdiyi dövürdən bu yana məktəbin uğurları daima artır. Rəhbərlik etdiyi ilk gündən ciddi nizam intizam yaradan Rahilə Xanım uşaqların müəllim kollektivi ilə düzgün davranış və birlikdə uğurlu təhsil sistemi qurulmasına çalışmışdır ki, bu işin nəticəsi olaraq şagir məktəbdə müəllim adını daima dəyərli və uca tutur və ona öyrədilən tədris prosesini mükəməl öyrənir. Hər bir müəllimin ən böyük uğuru onun övladı qədər sevdiyi şagirdinin əldə etdiyi uğurdur.

Müsahibimiz Rahilə Yusibova bildirdi ki, məktəbin yüksək səviyyədə təhsil almaq üçün bütün lazımı şərait var burada olan müasir sinif otaqları, informatika, akt zalı, idman zalı, hərbi otaq, kimiya, biyologiya otaqları eləcədə kitabxanası mövcudur. Eyni zamanda yüksək bacarıqlı müəllimləri var. Biz çalışırıq ki, övladlarımızı həm yüksək bilik və bacarıqla yanaşı onları vətənpərvəlik ruhunda böyüdək. Təbi ki, hər bir işdə mütləq dövlət dəsdəyi vacibdir ki, bizdə bu dəsdəyi alırıq. Məs bunun üçün Cənab Prezident İlham Əliyevə xüsusi minnatdarıq. eyni zamanda Qazax Tovuz regional təhsil idarəsinə və onun rəhbərliyinə minnatdarıq.

Elə bizdə öz növbəmizdə çəkilişə şərait yaratdığına görə Kristal Tv olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, onun İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsul əməkdaşı Nəcibə Vəliyevaya minnətdarlığımızı bildiririk. 

Əziz izləyicilər biz sizə bu məktəb haqda çöx danışa bilərik. Ancaq ən gözəli sizin üçün hazirlanan video reportaja ən yaxın günlərdə baxmağa dəvət edirik. 

Qeyd : Kristal Tv aparılan texniki və yenidən qurma işlər ilə əlaqədar video reportajlar qısa bir aradan sonra bərpa olunacaq.

 


Oxşar xəbərlər