“Riyaziyyat və İnformatika Müəllimlərinin Həmrəylik” Forumu 

“Riyaziyyat və İnformatika Müəllimlərinin Həmrəylik” Forumu 

Paytaxt Bakıda “Riyaziyyat və İnformatika Müəllimlərinin Həmrəylik” Forumu keçirilib. Forum ölkənin ən qabaqcıl sosial platforması olan Təhsil Forumu və RM Nəşriyyatın təşkilatçılığı ilə baş tutub.  

Kristal TV xəbər verir ki, Forum spikerlərin təhsillə bağlı vacib çıxışları ilə yadda qalıb. Burada riyaziyyat və informatika fənlərinin tədrisindəki çətinliklər, problemlər, eyni zamanda bu sahədəki mövcud potensial barədə önəmli mesajlar ötürülüb. 
Tədbirdə çıxış edən spikerlər bütün elmlərin açarı olan riyaziyyat və bütün fənlərin müasir tələblər səviyyəsində tədris olunmasında əvəzsiz yeri olan informatika elminin əhəmiyyətindən söz açıb, fikirlərini maraqlı slaydlarla əsaslandırıblar. Bildirilib ki, təhsilin müasir dünya trendlərinə uyğunlaşdırılması və gənclərdə informatika texnologiyaları bacarıqlarının formalaşdırılmasında informatika müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Forumda həmçinin, informatika fənninin ali məktəblərə qəbul imtahanlarına daxil edilməsi, ali məktəblərdə bu fənnin tədrisi ilə bağlı təkliflər səsləndirilib. 
Qeyd edək ki, “Riyaziyyat və İnformatika Müəllimlərinin Həmrəylik” Forumunda 300 müəllim iştirak edib. 

Sonda forum iştirakçılarına hədiyyələr və sertifikatlar təqdim edilib.


Oxşar xəbərlər