Stefan Dujarrik: BMT Baş katibi Azərbaycandan iqlim dəyişikliyi ilə mübarizəmizdə irəliləyiş gözləyir

Stefan Dujarrik: BMT Baş katibi Azərbaycandan iqlim dəyişikliyi ilə mübarizəmizdə irəliləyiş gözləyir

"Şübhə etmirik ki, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi dövründə hazırlıqlar yaxşı gedir və bu maksimum diqqət mərkəzindədir".

 

Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik "Report"un ABŞ bürosunun sualını cavablayarkən deyib.

 

Sözçü bildirib ki, BMT Baş katibi Antoniu Quterreş COP29-a ev sahibliyi edən Azərbaycandan gözləntiləri beynəlxalq təşkilatın iqlim dəyişikliyi ilə mübarizəsində real və konkret irəliləyiş görməkdir.

 

S.Dujarrik əlavə edib ki, BMT Baş katibi qlobal istiləşəmə və iqlim dəyişkənliyi ilə bağlı narahatlığı davam edir və bunun qarşısının alınması üçün bir çox cəbhədə irəliləyiş görmək istəyir: "Baş katibin ötən cümə iqlim dəyişkənliyi ilə bağlı mesajları çox aydın, sadə və çox dramatik idi və bu, təkcə üzv dövlətlərin hərəkətə keçməsi məsələsi deyil. Söhbət qalıq yanacaq sənayesi məsələsidir, bu iqlim dəyişikliyi vəziyyətini, içində olduğumuz dəhşətli vəziyyəti yaratmaqda məsuliyyətlərini nəzərə almasıdır. Buna görə də biz bunun qarşısının alınması üçün başqa məsələlərlə yanaşı bir çox cəbhədə, o cümlədən itki və zərər baxımından irəliləyiş görmək istəyirik

Oxşar xəbərlər