Nigeriyada mədən çöküb, yaralılar və dağıntılar altında qalanlar var

Nigeriyada mədən çöküb, yaralılar və dağıntılar altında qalanlar var

Nigeriyanın mərkəzində qızıl mədəninin çökməsi nəticəsində azı 30 şaxtaçı təhlükəli vəziyyətdə qalıb.

 

“Kristal Tv ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niger ştatının Dövlət Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

 

Hadisə rayonun Qalkoqo kəndindəki yeraltı qızıl mədənində yağışın torpağı yumasından sonra baş verib.

 

Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin sözçüsü İbrahim Hüseyni bildirib ki, altı mədənçi ağır yaralanıb, lakin təxliyə edilib. Qalan mədənçilər dağıntılar altında qalıb, ekskavatorların köməyi ilə xilasetmə işləri davam edir.

Oxşar xəbərlər