Əziz oxucular, sizə Sumqayıt şəhərində fəaliyyət göstərən 42 nömrəli tam orta məktəb haqda söz açacağıq. Bu təhsil ocağı qocaman olsa da, məktəbə yeni təyin edilən direktor gəncdir.
Ancaq gənc olmasına baxmayaraq, çox savadlıdır. Təyin olunduğu andan məktəbdə ciddi nizam-intizam bərpa edilib və qarşıya qətiyyətli, məqsədyönlü tapşırıqlar qoyulub ki, bu da növbəti tədris ilində özünü yüksək səviyyədə göstərəcəyinə ümid edirik.
Biz bu il ərzində məktəbi bitirən şagirdlərin atestatlarının təqdimat mərasimi ilə tanış olduq.
Sumqayıt şəhəri 42 nömrəli tam orta məktəbin direktoru Nəsirova Hicran ilk dəfə tam fərqli bir üsulla Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə şagirdlərin atestatlarını Ulu Öndər Heydər Əliyevin fotosunu əks etdirən üzlüklərlə şagirdlərə hədiyyə edərək onlarda xoş əhval-ruhiyyə yaradıb.
Kristal Tv Mediası olaraq bu addımı dəstəkləyir və kanalmız adından rəhbərliyə minnətdarlığımızı bildiririk.
Həmin görüntüləri təqdim edirik: