1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Şəmkir şəhəri 8 saylı körpələr

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Şəmkir şəhəri 8 saylı körpələr

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Şəmkir şəhəri 8 saylı körpələr evi usaq bağçasında bayram tədbiri keçirilib.

1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş «Qadınların Beynəlxalq Konfransı»nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Qazax Tovuz regional təhsil idarəsinin diqqət mərkəzindədir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Qazax Tovuz regional təhsil idarəsi tərəfindən  tədbirlər planına əsasən silsilə tədbirlər təşkil edilib keçirilib. 

Xüsusi tərtibatla bəzədilmiş 8 saylı körpələr evi usaq bağçasında keçirilən bayram şənliyində qəhraman şəhidlərimizin ailə üzvləri də iştirak ediblər. Şəhid övladlarına hədiyələr təqdim edilib.

bayram tədbirinə çıxış üçün söz verilən Qazax Tovuz regional təhsil idarəsinin İctimaiyyətlə əlaqələr Şöbəsinin məsul əməkdaşı Nəcibə Vəliyeva qonaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

Daha sonra 8 saylı körpələr evi usaq bağçasının rəhbəri ( vie) Xəyalə Qurbanova bildirib ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

Biz Kristal tv olaraq  8 saylı körpələr evi usaq bağçasında dəfələrlə olmuşuq burada yaradılan yüksək şərait hər bir kəsə məlumdur.

Əziz izləyicilər sizi çox yormadan uşaqların biri - birindən maraqlı səhnəcikləri, rəksləri ilə bol bir bayram tədbirini izləməyə dəvət edirəm.

Sonda çəkilişə şərait yaratdığına görə Kristal Tv olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, onun İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsul əməkdaşı Nəcibə Vəliyevaya minnətdarlığımızı bildiririk.


Oxşar xəbərlər