Tələbəyə 5 il həbs verildi

Tələbəyə 5 il həbs verildi

Ötən ilin yayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində idarə etdiyi avtomobillə ağır qəza törədən 21 yaşlı tələbə Hüseynağa Xıdırov həbs edilib.

Bildirilir ki, hadisə ilə bağlı açılmış cinayət işi üzrə materiallara Qaradağ Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə bildirilib ki, Masallı rayon Ərkivan qəsəbə sakini, Bakı Biznes Universitetinin 4-cü kurs tələbəsi Hüseynağa Xıdırov dərsdən kənar vaxtlarda icarəyə götürdüyü və şəbəkələrdən birinə qoşulmuş "Toyota Prius" markalı avtomobillə taksi fəaliyyəti göstərib.

O, avtomobillə "Sədərək" ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mehriban Musayevanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Oxşar xəbərlər