WP: Qərb siyasətçiləri Ukraynanı prezident seçkiləri keçirməyə çağırır

WP: Qərb siyasətçiləri Ukraynanı prezident seçkiləri keçirməyə çağırır

Bəzi Qərb siyasətçiləri (Ağ ev istisna) Ukrayna hələ də Rusiya ilə müharibə vəziyyətində olsa da, onu növbəti prezident seçkiləri keçirməyə çağırır.

“Kristal Tv” xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Nəşr xatırladır ki, Kiyevə ilk belə müraciətlə Niderlandı təmsil edən Avropa Şurası Parlament Assambleyasının rəhbəri Tini Koks olub. Oxşar fikri nüfuzlu amerikalı respublikaçı senator Lindsi Qrem də Kiyevə səfəri zamanı dilə gətirib.

Amerika siyasətinin mühafizəkar qanadının digər nümayəndələri, o cümlədən aparıcı Taker Karlson Ukraynada seçkilərin keçirilməsini təklif ediblər.

Ukrayna konstitusiyasına görə, ölkə hakimiyyətinin nümayəndələri dəfələrlə bəyan etdikləri kimi, hərbi vəziyyət dövründə seçkilər keçirilə bilməz. Ukraynada növbəti prezident seçkiləri 2024-cü il martın 31-dən gec olmayaraq keçirilməlidir, lakin mövcud qanunlara görə, əgər o vaxta qədər ölkədə hərbi vəziyyət olarsa, seçkilər keçirilə bilməz. Bu o deməkdir ki, səsvermənin keçirilməsi üçün ya ölkə konstitusiyasına dəyişiklik edilməlidir, ya da hərbi vəziyyət müvəqqəti olaraq ləğv edilməlidir.

Ukrayna rəsmiləri, eləcə də “Washington Post” qəzetinə müsahibə verən seçki ekspertləri razılaşırlar ki, müharibə zamanı azad və ədalətli seçkilərin keçirilməsi, demək olar ki, mümkün deyil.

Oxşar xəbərlər