Ağ Ev: Putin və Tramp arasında görüş hələ planlaşdırılmayıb

Ağ Ev: Putin və Tramp arasında görüş hələ planlaşdırılmayıb

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş hələ planlaşdırılmayıb.

Kristal Tv xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.

O bildirib ki, iki ölkənin rəsmiləri Ukraynadakı müharibənin həlli ilə bağlı ünsiyyəti davam etdirirlər.

"Prezident Putinlə birbaşa dialoq aparıb. O, (Tramp-red) bildirib ki, hər iki tərəf bu münaqişənin bitməsini istəyir", - Ağ Evin mətbuat katibi Trampla Putin arasında fevralın 12-də baş tutan telefon danışığından bəhs edərkən deyib.

“Prezidentin bu münaqişəni sona çatdırmağı tapşırdığı nümayəndə heyəti ruslar və ukraynalılarla əlaqə saxlamağa davam edib. Müharibəyə son qoymaq üçün hər iki tərəflə danışmalıyıq”, - o vurğulayıb.

Oxşar xəbərlər