Bu gün Qazax - Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan Ağstafa rayonu Ə.Hüseynov adına 1 saylı tam orta ümumtəhsil məktəbində Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı Səbinə Həsənovanın rəhbərliyi altında 3 d sinif şagirdlərinin iştirakı ilə "Xocalı fəryadı" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəb kollektivi, valideynlər və şagirdlər də iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla bir dəqiqəlik sükütla yad edildi. Daha sonra Xocalı faciəsi haqda, həmin gün xocalıların çəkdiyi acılara, əziyyətlərə dair monitorda görüntülər göstərildi. Məktəb şagirdlərin ifasında soyqırıma aid şeirlər, bayatılar, səhnəciklər və kompozisiyalar nümayiş etdirildi.
Tədbir dərs hissə müdiri Sahilə Xəlilova, rayon üzrə metodbirləşmə rəhbəri Təranə Abdullayeva və sinif rəhbəri Səbinə Həsənovanın çıxışları ilə sonladırıldı. Tədbirən olan Foto görüntüləri sizə təqdim edirik.