Hörmətli izləyicilər Azərbaycan müəllimi lahiyəsi çərçivəsində daha bir müəllimin həyat yaradıcılğına işiq salaq. İsmayılova İlhamə Qənbər qızı 1976-cı il iyul ayının 2-də Laçın şəhərində anadan olmuşdur. 1998-2003-cü illər ərzində ADPU-nun filologiya fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasında təhsil almışdır. 2004-cü ildən təyinatla Laçın rayonu 20 nömrəli tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyir. 19 illik pedaqoji fəaliyyəti dövründə peşəsini sevərək və sevdirərək tədris etmişdir. Bir çox təlim və seminarlarda iştirak edərək sertifikatlar almışdır. Hər il dərs keçdiyi 9-cu və 11-ci siniflər üzrə şagirdləri buraxılış imtahanından yüksək nəticə göstərmişdilər. 2007-ci ildə 7-ci sinif şagirdi “Heydər Əliyev məktəblilərin gözü ilə”inşa yazı müsabiqəsində rayon 1-cisi, respublika turunda isə fərqləndirici diploma layiq görülərək onun inşası kitaba düşmüşdür. İlhamə müəllim pedaqoji sahədə gənc nəslin təlim, tərbiyəsində səmərəli fəaliyyətinə, məktəbin tədbirlər planına əsasən bütün tədbirləri yüksək səviyyədə təşkil etdiyinə görə məktəb rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif olunmuşdur. Elm və Təhsil Nazirliyinin keçirtdiyi “Diaqnostik” və ”Sertifikasiya” imtahanlarından uğurla keçmişdir. ”Təhsil Forumu”sosial platforması" və "KristalTv" təşkil etdiyi “Mənim uğur hekayəm” layihəsində “İlin fəal pedaqoqu” sertifikatına layiq görülmüşdür. Bir müəllim kimi əsas məqsədi vətənimizə, dövlətimizə, cəmiyyətimizə yararlı vətəndaş yetişdirməkdir. Ən böyük arzusu böyük qayıdış başlanan Laçın şəhərində vaxtilə təhsil aldığı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirməkdir. Bizdə Kristal Tv olaraq sizlərə uzunömürcansağlığıarzuedirik. Diqqətinizə görə minnətdarıq.
- USD : 1.7000
- EUR : 1.9741
- RUB : 2.1629
CANLI
"Azərbaycan Müəllimi" İsmayılova İlhamə Qənbər qızı
- Elm-təhsil
- 2 il əvvəl əlavə olunub
Oxşar xəbərlər
Emin Əmrullayevdən yeni təyinatlar
2 il əvvəl
Son xəbərlər
Alma qabıqlarını atmayın! FAYDALIDIR
20 gün əvvəlBlogger nedir? Blogger Kimdir?
27 gün əvvəlOruc tutarkən mədə ağrısından qorunun
29 gün əvvəlGün ərzində neçə addım atmalıyıq?
1 ay əvvəlAZAL Naxçıvana birbaşa uçuşları bərpa edib
1 ay əvvəl“Fastfood” yaddaş üçün ciddi təhlükədir
1 ay əvvəl“Kinobox” və “Mahnı TV”yə lisenziya verilib
1 ay əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun