03 mart 2026-cı il tarixində Tovuz rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktor və direktor müavinləri ilə geniş tərkibdə işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi ümumi təhsildə keyfiyyət göstəricilərinin artırılması, tədris prosesində mövcud vəziyyətin təhlili və qarşıda duran prioritet vəzifələrin müəyyənləşdirilməsi olub.
Tədbir zamanı ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında keçirilmiş monitorinq imtahanlarının nəticələri ətraflı şəkildə müzakirə edilib. Nəticələrin təhlili əsasında məktəblər üzrə mövcud nailiyyətlər və inkişaf etdirilməsi zəruri olan istiqamətlər diqqətə çatdırılıb. Çıxış edənlər vurğulayıblar ki, monitorinq imtahanları tədrisin keyfiyyətinin obyektiv qiymətləndirilməsi, zəif və güclü tərəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində konkret tapşırıqlar verilib, məktəb rəhbərlərinə tədris prosesinə nəzarətin gücləndirilməsi, müəllimlərin metodiki fəaliyyətinin dəstəklənməsi və şagird nailiyyətlərinin davamlı izlənilməsi tövsiyə olunub. Bununla yanaşı, keyfiyyət fəaliyyət planının icra vəziyyəti nəzərdən keçirilib, qarşıya qoyulan hədəflərə nail olunması üçün əlavə təkliflər səsləndirilib və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən bu cür görüş və müzakirələrin mütəmadi şəkildə təşkili təhsil müəssisələri arasında əlaqələndirmənin gücləndirilməsinə, idarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasına mühüm töhfə verir. Bu cür tədbirlər elm və təhsil sahəsində strateji hədəflərin reallaşdırılması, şagirdlərin bilik və bacarıqlarının yüksəldilməsi, ümumilikdə regionda təhsilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda bildirilib ki, qarşıdakı dövrdə də təhsilin keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdiriləcək, məktəblərin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün sistemli iş aparılacaq
- USD : 1.7000
- EUR : 1.9741
- RUB : 2.1629
CANLI
Tovuz rayonunda təhsilin keyfiyyətinin artırılması istiqamətində növbəti mühüm görüş keçirilib
- Elm-təhsil
- 20 gün əvvəl əlavə olunub
Oxşar xəbərlər
Foto Mənim rəngarəng dünyam
3 il əvvəl
Son xəbərlər
Blogger nedir? Blogger Kimdir?
1 gün əvvəlOruc tutarkən mədə ağrısından qorunun
3 gün əvvəlGün ərzində neçə addım atmalıyıq?
13 gün əvvəlAZAL Naxçıvana birbaşa uçuşları bərpa edib
15 gün əvvəl“Fastfood” yaddaş üçün ciddi təhlükədir
15 gün əvvəlVideo “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib
15 gün əvvəl“Kinobox” və “Mahnı TV”yə lisenziya verilib
15 gün əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun