"Azərbaycan Müəllimi" - KRİSTAL TV - Tünzalə Mirzəyeva

"Azərbaycan Müəllimi" - KRİSTAL TV - Tünzalə Mirzəyeva

“Azərbaycan Müəllimi” – Kristal TV  - Tünzalə Mirzəyeva

Cəbrayıl rayonu,  ana Vətənimizin ayrılmazı – Dağlıq Qarabağın bir parçası, qəlblərin hərarəti kimi məşhurdur. Bu günümüzdə də Cəbrayılın yetirmələri ölkəmizin idarəçilik işlərində, torpaqlarımızın müdafiəsində, elm sahəsində xüsusi fəallıq göstərir, xalqımızın bu günü və gələcəyi naminə öz töhfələrini verirlər. “Azərbaycan müəllimi” layihəsinin bu dəfəki qəhrəmanı belə cəbrayıllılardan biri – ibtidai sinif müəllimi olan Tünzalə Mirzəyevadır. Onun keşməkeşli həyatı və dolğun yaradıcılıq yolunu təqdim edirik:

1985-ci il - Cəbrayıl rayonunun Stansiya Xələfli kəndində anadan olmuşdur. Birinci sinfə doğma kəndinin tam orta məktəbində ayaq basmışdır. Lakin 23 avqust 1993-cü ildə sahəsi 104 980 ha olan Cəbrayıl rayonu mənfur erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Rayon daim atəş altında saxlanıldığından Cəbrayıldan olan 61 100 sakin ölkənin müxtəlif rayonlarında məskunlaşmaq məcburiyyətində qalmışdır. Uşaqlıq dövrünün ən şirin çağlarında, hələ yeni-yeni ətrafı anlamağa, duymağa çalışdığı dövrdə hər an atəş açılacaq qorxusu ilə isti yuvalarından çıxmalı olan balaca Tünzalə elə o vaxtlardan azyaşlılar üçün ən dəyərli Vətən olduğunu anlayır...  Qəhrəmanımız işğal səbəbindən orta təhsilini doğma kəndində dayandıraraq, əvvəlcə Xırdalan rayonundakı Kəlbəcər məktəbində, 6-cı sinifdən isə Şuşa məktəbində davam etdirməli olmuşdur.

2004-2008-ci illər - “İbtidai sinif müəllimliyi” ixtisasına yiyələnmişdir.

2008-ci ildən bu günədək – Bakı şəhərində yerləşən Cəbrayıl rayonu Mahmud Allahverdiyev adına Çullu kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. 15 illik pedaqoji təcrübəsi olan həmsöhbətimiz bu illər ərzində nazirlik səviyyəsində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi və sertifikatlaşdırma imtahanlarında yüksək nəticələr göstərmişdir. Eyni zamanda yüksək insani keyfiyyətlərə sahib olan Tünzalə müəllim, şagirdlərinə ana qayğısı ilə yanaşır, təhsilalanlara xüsusi həssaslıqla, mehribanlıqla davranır, qəlbində uşaqlıqdan yara salan Vətən nisgili onun öz şagirdlərinə məxsusi olaraq vətənpərvərlik duyğusunu ən ali səviyyədə ötürməsinə gətirib çıxarmışdır.. Vurğulayaq ki, heç bir əziyyət yerdə qalmır, deyiblər, şagirdləri də əziz müəllimlərini eyni məhəbbətlə sevir, dərslərini sevgi ilə keçirlər. Tünzalə müəllim deyir: “Uğurlu dərs sevgidən keçir, əgər dərsi sevgi ilə keçirsənsə, demək ki, hədəfinə çatıbsan. Müasir dərs sistemində şagird qorxub çəkindiyi müəllimdən heç nə öyrənə bilməz!”.

Son illər müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Bu prosesdə Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar vardır.

Müəllim işlədiyi 15 il müddətində daim üzərində işləyən qəhrəmanımız da çoxsaylı təlimlərdə, ixtisasartırma kurslarına könüllü olaraq qatılmışdır:

2022-ci il TutorLab və Azərbaycan Maarifçilər Assosiasiyasının təşkil etdiyi “İnnovativ Müəllimlərin I Şəbəkələşmə Görüşü”ndə iştirakına görə Sertifikatla təltif olunmuşdur.

2022-ci il – “Beynəlxalq Cədvəlli İmla Təlimi”ndə iştirak etdiyinə görə Tətbiqi Sertifikata layiq görülmüşdür.

2022-ci il – “Virtual güc” MMC tərəfindən onlayn şəkildə keçirilən “Müəllimin düzgün nitqi” xüsusi təlimində fəal iştirak eydiyinə görə Sertifikatla təltif edilmişdir.

2022-ci il – Beynəlxalq təlimçi, Psixo-Pedaqoq Abdullayeva Səbinənin “Uşaq rəsmlərinin analizi” vebinarında iştirakına görə Sertifikata layiq görülmüşdür.

2022-ci il – “Oxu Strategiyaları və uşaqlarda sərhədlər” adlı seminarda aktiv iştirakına görə Sertifikatla təltif olunmuşdur.

2022-ci il – 3 aylıq xətt təlimini uğurla başa vurduğuna görə Sertifikata layiq görülmüşdür.

2023-cü il – Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təhsil millətin gələcəyidir” mövzusunda keçirilən “İbtidai sinif müəllimlərinin 3-cü Forumu”nda iştirakına görə Sertifikatla təltif edilmişdir.

2023-cü il -Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin 3 illiyi münasibəti ilə təşkil olunmuş “Psixoloq Pedaqoq və Təhsil İşçilərinin Ahəngi” Forumunda iştirakına görə Sertifiata layiq görülmüşdür.

2023-cü il – “Peşəkar İnkişaf və Keyfiyyət Mərkəzi”nin “Metodika” üzrə ixtisasartırma təlimində iştirakına görə “Kurikulum üzrə təlimçi” Sertifikatın ilə təltif olunmuşdur.

2023-cü il – “Təhsil Forumu” Sosial Platformasının təşkil etdiyi “Ümumrespublika Məktəbəqədər təhsil işçilərinin və İbtidai sinif müəllimlərinin Həmrəylik Forumu”nda iştirakına görə Sertifikatla təltif edilmişdir.

2023-cü il – İstanbul Nişantaşı Universitetinin “Eyitimcinin eyitimi Baku Forumu”nda iştirak etdiyi üçün “Üzvlük Sertifikatı” ilə təltif olunmuşdur.

2023-cü il – “Müəllimlərin Psixoloji Hazırlıq Səviyyəsi” seminarında fəal iştirak etdiyinə görə “Ən Yaxşı Müəllim” adlı Sertifikata layiq görülmüşdür.   

2024-cü il – AMA-nın “AKİN -Akademik İnkişaf” Təhsil Proqramı çərçivəsində təşkil edilən “İnkişaf saatı”nın psixoloq Aysel Əliyeva tərəfindən keçirilən “Dsileksiya nədir” adlı vebinarında iştirakına görə Sertifikata layiq görülmüşdür.   

2024-cü il – “Oxu təlimi”ndə iştirakına görə Sertifikatla təltif olunmuşdur.

2022-ci ildən indiyədək – “Kurikulum təlimçisi” kimi də çalışaraq, MİQ-ə və Sertifikasiyaya hazırlaşan müdavim və müəllimlərə əlindən gələn köməkliyi göstərməkdədir.   

Qeyd edək ki, Tünzalə Mirzəyeva öz təşəbbüsü rəhbəri olduğu sinfə şəhid Mədətov Zaur Kamal oğlunun adını vermiş, bununla da, onun adının əbədiləşməsinə nail olmuşdur.

Yuxarıda qeyd olunan fəal özünüinkişaf fəaliyyətlərindən də göründüyü kimi, Tünzalə Mirzəyevanın pedaqoji xidmətləri tək məktəblə yekunlaşmır, psixoloji, Oxu təlimi, nitq məsələləri, yaradıcılıq nailiyyətləri və s. sahələrdə daim üzərində çalışmışdır.

Qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyasının üzvüdür, "Azərbaycan Maarifçi Kartı"na sahibdir.

O, həmçinin Respublikanın ən qabaqcıl sosial platforması olan “Təhsil Forumu”nun demək olar ki, bütün layihələrində aktiv iştirak edir, bundan başqa, Platformanın “whatsapp” qruplarında da xüsusi fəallıq nümayiş etdirən müəllimlərdəndir.

Tünzalə müəllim bildirir: “Bu gün şagirdlərə Vətənimiz haqda danışanda qəlbinin titrəməməsi, gözlərinin dolmaması mümkün deyildir.. uzun illər bu göz yaxşları, həyəcan nisgildən dolayı yaranırdısa, bu gün sevincdən qaynaqlanır... Artıq Cəbrayıl rayonu azaddır, yenə də bizimdir və ordumuz erməni təcavüzkarlarını torpaqlarımızdan qovur. Ali Baş Komandanımız cənab İlham Əliyev uğurlu siyasət yürütməklə, bütün həmvətənlərimiz, xüsusilə qarabağlıları sevindirməklə qalmadı, eyni zmaanda Azərbaycanın gücünü, qüdrətini, birliyini bütün cahana nümayiş etdirmiş oldu.

Fəxr edirik ki, Azad ölkənin vətəndaşlarıyıq və gələcəyimizin də parlaq olacağına əminik..”

Kristal TV olaraq biz də Tünzalə Mirzəyevaya uğurlar diləyir, gələcək fəaliyyətində bol şanslar arzulayırıq.

 

 

 


Oxşar xəbərlər