"Azərbaycan müəllimi" - KRİSTAL TV

"Azərbaycan müəllimi" - KRİSTAL TV

KRİSTAL TV-nin "Azərbaycan müəllimi" layihəsinə yenidən start verildi. 

Özünü bu layihədə görmək istəyən müəllimlər Telekanalın rəhbərliyi ilə əlaqə saxlaya bilərlər. 

  • Ağabəyova Təranə Qurban qızı - 1991-ci il 2 aprel tarixində Bakı şəhərində anadan olub. 1998-2008-ci illərdə F.İsgəndərov adına 157 saylı tam orta məktəbi bitirib. 2008-2012-ci illərdə pedaqoji təhsilini başa vuraraq 2013- cü ildə MİQ-də iştirak edərək Bakı şəhəri M.Ə.Sabir adına 259 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə başlayıb. 22 yaşında müəllim adına layiq olmaq Təranə müəllim üçün olduqca qürurverici bir hiss olmaqla yanaşı, bir o qədər də həyəcanverici idi. Özünə inamı çox idi. O, inanırdı ki, uşaqlara olan sevgisi ilə bu peşənin öhdəsindən layiqincə gəlməyi bacaracaq.
  • Artıq 11 illik pedaqoji fəaliyyətində çox böyük pedaqoji təcrübələrə sahiblənmiş və bununla yanaşı, kollektivdə yetərli qədər hörmət, nüfuz sahibi olmağı ilə bərabər, istər ölkədaxili, istərsə də ölkəxarici bir çox müəllimlər və məktəblər tərəfindən öz interaktivliyi və peşəsinə olan sevgisindən dolayı tanınır. 2022-2023-cü və 2023-2024-cü tədris ilində Microsoftun İnnovativ Tədris Eksperti (MİE EXPERT) müsabiqəsi üzrə qalib olub. Həmin ildə Respublikada keçirilən ilk sertifikasiya imtahanında test mərhələsindən 57 bal, müsahibə mərhələsindən isə 31 bal toplayaraq uğur qazanıb. Həmçinin, TKTA-nın məktəb inspeksiyası vəzifəsində də çalışır. 2023-cü ildə Microsoft Sertifikatlı Pedaoq (MCE) imtahanında iştirak 810 bal toplayaraq uğur qazanıb. 
  •            Təranə müəllim düşünür ki, insanın həyatda layiqli yer tutmasında aparıcı qüvvə müəllimdir. Amma bu müəllimlər içində məhz ibtidai sinif müəllimlərinin rolu əvəzedilməzdir. Çünki, şagirdlərlə daha çox zaman keçirərək onları nəinki təhsil sahəsində yetişdirmək, onların psixologiyasına bələd olan, gizli bacarıqlarını, istedadlarını ustalıqla önə çıxara bilən məhz işinin peşəkarı olan ibtidai sinif müəllimləridir.  Təranə müəllim dərsə başlarkən ilk məqsədi şagirdlərin dərsə adaptasiya olmaları üçün onların rahatlığını təmin etməkdir. Onlara özünü sevdirərək dərsə cəlb etməyi bacarır, deməli, o, ən böyük uğura sahib olub. Ən çox işlətdiyi bir düşüncəsini bizimlə də  paylaşdı: "Düşünürəm ki, həyatda uşaq sevgisini qazanmaqdan, onların könlünü fəth etməkdən asan bir iş olmasa da, çox təəssüf edirəm ki, bir çox müəllim bunu bacarmır. Məhz bu səbəbdən şagird sevgisini qazana bilən müəllimi ən uğurlu müəllim hesab edir. Hər gün sinfə daxil olarkən və şagirdləri dərs sonunda valideynlərinə təhvil verərkən, onların hər birinin sevgi  ilə müəllimlərinə sarılmaları hər gün işinə olan eşqini daha da artırır. Şagirdlərinə dərs əsnasında sərbəst olmalarına şərait yaratmağı onların Təranə müəllimi dinləmələrinə və fikirlərini rahat və aydın şəkildə əsaslandırmaqda çox effektli bir yoldur. Tapşırıqları da məhz şagirdyönümlülük və tələbyönümlülük prinsiplərini nəzərə alaraq onların sevəcəyi və öhdəsindən gələ biləcəkləri şəkildə hazırlamağa üstünlük verir və həmkarlarına da bunu tövsiyə edir. 
  • Sonda isə üzünü həmkarlarına tutaraq vurğulamışdır: "Şagirdləri yalnız təhsil sahəsində deyil, onları ruhuna toxunmağı bacararaq həyata hazırlamağı da bacarmalıyıq. Unutmaq lazım deyil ki, uşaqlar bizim gələcəyimizdir."
  • Biz də Kristal TV olaraq,Təranə müəllimə şərəfli işində, gələcək fəaliyyətində uğurlar arzu edirik.

Oxşar xəbərlər