Kristal TV-nin təhsil sektoruna həsr etdiyi layihələrdən biri də "Azərbaycan müəllimi"dir. Telelayihə hələ ki qüvvədədir, siz də iştirak edə bilərsiniz.
Səadət Həşimova - 12 iyul 1996-cı ildə Gəncə şəhərində, həkim ailəsində dünyaya göz açmışdır. Əslən Kəlbəcərlidir. Ailəsi 12.04.1993-cü ildə Kəlbəcərdən məcburi köçürülmüşdür. İndi isə atası Atakişiyev Qulu Bəkir oğlu Kəlbəcərdə "Arıçı"dır.
Allahdan Ali baş komandanımız, qalib Prezidentimiz cənab İlham Əliyevə uzun ömür və can sağlığı, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı, əsgərlərimizə güc-qüvvət arzulayırıq. Bu gün Səadət müəllimənin ailəsi də məhz onların sayəsində öz doğma yurdlarına rahat gedib-gələ bilirlər.
Elə Səadət müəllimə də 2-ci Qarabağ müharibəsi ailəsindəndir.
- 2016-cı ildə MİQ imtahanında 49.99 bal toplayan Səadət müəllimə Bakı şəhəri Xəzər rayonu 181 N-li tam orta məktəbdə İbtidai sinif müəllimliyi vəzifəsində işə daxil olmuşdur. 8 ildir bu məktəbdə işləyir.
2022-ci ildə "Müəllimlərin Sertifikatlaşdırılması"nda 53 bal toplayaraq daha bir uğura imza atmışdır.
İşlədiyi müddətdə İnnovasiyalar üzrə 60 saatlıq ixtisasartırma təlimində iştirak etmiş, imtahandan yüksək bal toplayaraq 16.01.2017-ci ildə "Fənn kurikulumlarının tətbiqi üzrə təlim" sertifikatını qazanmışdır.
Bundan başqa, "Ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün İKT savadlılığının artırılması" üzrə 60 saatlıq təlimi bitirmiş, uğurla imtahan vermiş və 28.10.2019-cu ildə Sertifikat qazanmışdır.
Səadət müəllimə "Məktəbəqədər qruplarında işin təşkili metodikası" üzrə 36 saatlıq təlimi bitirmiş, uğurlu imtahan vermiş və 13.11.2019-cu ildə Sertifikat qazanmışdır.
Oyunlarla oxuyub anlama layihəsi çərçivəsində "Oyun əsaslı dərslərin qurulması" üzrə 36 saatlıq təlimi uğurla başa vurub 10.12.2022 ci ildə Sertifikat qazanmışdır.
"Tədrisdə və cəmiyyətdə emosional intellektin əhəmiyyəti" seminarında fəal iştirak etmiş və 10.12.2023-cü ildə Sertifikat qazanmışdır.
Bu ardıcıllıq onlarladır. Səadət müəllimə bütün yeniliklərə can atır və hər zaman araşdırmalar aparır.
Sonuncu dəfə 18 fevral 2024-cü ildə Təhsil sosial platformasının təşkil etdiyi "Beynəlxalq Ana dili Günü"nə həsr olunmuş "Ana dilimiz dövlətçilik simvolumuzdur" mövzusunda Forumda iştirak etmiş, Sertifikat və müxtəlif hədiyyələr qazanmışdır.
Səadət müəllimə hal-hazırda 4-cü sinfə və məktəbəqədər hazırlıq qrupuna dərs keçir. Müəllim deyir ki, "İnsan gərək müəllim olaraq dünyaya gəlsin. Sonradan müəllim olmaq olmur." Səadət müəllimə də uşaqlıqdan müəllim olacağı günün həvəsi ilə böyümüş,oynadığı oyunlar da müəllim-şagird oyunları olmuşdur.
Bu gün Səadət müəllimə şagirdlərini çox sevir və onların savadlı şəxsiyyət kimi formalaşmasında bacardığı hər şeyi edir. Məktəbdə bütün bayramları və əlamətdar günləri xüsusi keçirdir. Uşaqlar bütün günlərin mahiyyətini daha dərindən anlayırlar. Buna görə də məktəb müdriyyəti tərəfindən daim müəllim və şagirdləri mükafatlandırılırlar.
Sonuncu dəfə 26 fevral 2024-cü ildə "Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir"in təşkil olunmasında Səadət müəllimə, tədbirdə fəal iştirakına görə isə 4D sinfi Bakı şəhər Gənclər və İdman sektorunun müdiri rəis Dənyar Teymurlu tərəfindən "Təşəkkürnamə" ilə mükafatlandırılmışdır. Tədbirdə Gənclər və İdman sektorunun müdiri Gündüz Vəliyev də iştirak etmişdir.
14.03.2024-cü ildə Səadət müəllimə 4 d sinfində Azərbaycan dili fənnindən nümunəvi dərs keçib. "Sinonimlərin nitqdə rolu" mövzusuna həsr olunmuş dərsdə şagirdlər qruplarla iş formasında mövzuya aid tapşırıqları yerinə yetirib, sinonimlərin nitqimizin zənginləşməsində və yersiz təkrarçılığın qarşısının alınmasında nə dərəcədə önəmli olduğuna dair təqdimatlar hazırlayıblar.
Kristal TV olaraq biz də Səadət müəlliməyə bu şərəfli və məsuliyyətli işdə uğurlar arzulayırıq.