Martın 30-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Xəbərə əsasən, test imtahanı mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək.