BFB və Çin birjası regional əməkdaşlıq perspektivlərini müzakirə edib

BFB və Çin birjası regional əməkdaşlıq perspektivlərini müzakirə edib

"Bakı Fond Birjası" QSC (BFB) və Çinin Asiya-Avropa Birjasının rəhbərliyi arasında regional əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

"KristalTv" bu barədə BFB-yə istinadən xəbər verir.

 

Məlumata görə, Birjanın İdarə Heyətinin sədri Ruslan Xəlilov görüşün əhəmiyyətini vurğulayaraq bildirib ki, Asiya-Avropa Birjası ilə tanışlıq əlaqələrinin qurulması uzunmüddətli perspektivdə Asiya birjaları ilə mümkün qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin davam etdirilməsi üçün faydalı olacaq.

 

Qarşı tərəfin nümayəndələri də, öz növbələrində, bu tərəfdaşlığın yarada biləcəyi imkanlara həvəslə yanaşdıqlarını bildirərək, artan bazar əlaqəsi və inteqrasiya potensialını qeyd ediblər.

Oxşar xəbərlər