Əmrah Həsənli Mingəçevir kəndi ərazisində vətəndaşlarla görüşdü

Əmrah Həsənli Mingəçevir kəndi ərazisində vətəndaşlarla görüşdü

1 sentyabr - Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam edir. 54 saylı Mingəçevir seçki dairəsindən olan gənc namizəd Əmrah Qoşqar oğlu Həsənlinin növbəti görüşü Mingəçevir şəhərinin Mingəçevir kəndi deyilən ərazisində baş tutub. Ərazidə yaşayan hər bir vətəndaşla ayrı-ayrılıqda görüşərək onların problemlərini dinləyib, özünün seçki platforması haqda məlumat verib, “Sizin üçün Sizdən biri” şüarının mahiyyətindən danışıb. 

Əmrah Həsənlinin seçki platformasını yüksək qiymətləndirən sakinlər hər təbəqədən olan vətəndaşların problemlərinin nəzərə alınmasını yüksək qiymətləndirib, onun bu təşəbbüsünü alqışladıqlarını açıqlayıblar. 

Əmrah Həsənli vətəndaşları parlament seçkilərində fəal iştirak etməyə və düzgün seçim edərək xalqın layiqli namizədinə səs verməyə dəvət edib.


Oxşar xəbərlər