Şərəfli ömür yolu keçmiş Şəxsiyyət.
Tam əminliklə deyəbilərəm ki, bütün yaradıcı insanların sənət dünyası onların şəxsiyyəti ilə uyarlılıq təşkil edir.
Necə deyərlər, belə inssanlarda şəxsiyyət və yaradıcılıq vəhdətdə inkişaf edir. Xüsusilə bədii və publisistik yaradıcılıq ona sahib olan insanın lap kiçik yaşlardan formalaşmağa başlayan şəxsiyyətinin ifadəsidir. Klassik sənət adamlarının yaradıcılıq faktının klassikaya çevrilməsində ilkin rolu onun şəxsiyyəti oynayır. Adlarını çəkmədən birmənalı şəkildə klassik yazıçı şairlərimiz və publisistlərimizi xatırlayaq. Xalqın gözüaçıq, rəhbəri ədalətli, insanı işgüzar görmək istəyən bütün bunları öz yaradıcılıq süzgəcindən keçirən qələm sahibləri bu amallara öz şəxsiyyətləri ilə də xidmət etmişlər. Masallı ədəbi mühitində yaşayıb yaradan yazıçı-publisist, şair Soltan Zaman da şəxsiyyəti ilə yaradıcılığı vəhdətdə görünən bir ziyalımız idi. İxtisası üzrə uzun müddət Müəllim çalışmış,çalışdığı məktəbin direktoru vəzifəsini tutmuşdur. Soltan Zaman işlədiyi uzun illərdə Gündəlik iş prosesində qarşılaşdığı zəngin müşahidələri onun gələcəkdə yazacağı əsərləri üçün ilk rüşeym rolunu oynamışdır.. Yaradıcılığa tələbəlik illərindən başlamışdır. Bədii-publisistiki yazıları dövri mətbuat orqanlarında mütəmadi çap olunmuşdur. Soltan müəllim ürəyi vətənə, doğma yurda, elə-obaya sevgi ilə dolu bir vətəndaş idi. ən böyük sevgi Vətənə, torpağa olan sevgi idi. Soltan müəllim bu ilahi sevgisini öz şagirdlərinə ötürə bilirdi..
Bütün sevgilər ölür. Anaya, torpağa olan məhəbbət ötüb keçmir. Soltan Zaman şəxsiyyəti elə bir şəxsiyyətdir ki, onun haqda bu gün də ürək dolusu danışırlar. Geniş yaradıcılıq diapazonuna malik Soltan Zaman oxucuları daha çox şair yazıçı olaraq tanıyırlar. Bəlkə də bu onda uzun müddət fəaliyyətdə olduğu peşəsinin xarakterindən irəli gəlir. Şairin çap olunmuş “Dəniz mənimlə gedir” kitabı insan ruhunu cismindən çıxırab xəyalən uzaqlara aparır. Soltan Zaman bir yazıçı, şair, publisist olaraq sözlə “əlləşir”- yazır, yaradırdı. Lev Tolstoyun “bu dünyada hər şey ötüb keçəcək: var da, dövlət də… Əbədi qalan yalnız bədii söz olacaq” postulatı sanki Onun yaradıcılığının düsturudur. Başqa cür ola da bilməzdi. Mənə elə gəlir ki, əbədiyyətə çevrilməyin bircə rolu var – o da sözdən keçir. Ancaq adi sözdən yox – ruhuna barmaqlarımızla toxuna bildiyimiz sözlərdən keçir. Doğrudan da özünü dərk edən insan öz gücünü, qüvvəsini, intellektini, potensial imkanını cəmləyib bir yerə yönəldərsə, o yenilməz olar, bütün istək və arzularını həyata keçirər. Çox dərin təssüf hissi ilə qeyd edirəm ki, Soltam müəllimin qələmə aldığı lakin çap olunmayan bir çox əsərlərini görə bilmədik.
Yazıçımız bu gün cismən yaşasaydı Azərbaycan ədəbiyyatına inanilmaz töhfələr verərdi. Düşünürəm ki, yazıb-yaratmaq insana ilk növbədə öz nəfsinə qalib gələ bilmək bacarığı aşılayır. Əgər insan öz nəfsini əsirinə çevirə bilsə, bu adam həyatda hər istəyinə müvəffəq ola bilər. Soltan müəllimi tanıyanlar bilir ki, o özünü, sözünü, yerini bilib həmişə. İç dünyasında həmişə “təmizlik işləri” aparmış və yaxşı insan olaraq tanınmışdır. Yazıçı – publisist Soltan Zaman yüksək insani keyfiyyətlərilə yanaşı, yorulmaq bilməyən, həmişə axtarışda olan, oxumaqdan bircə an belə usanmayan, daim öz üzərində işləyən, düzlüyü, dürüstlüyü, xeyirxahlığı, əqidə saflığını, ləyaqəti, işinə məsuliyyətlə yanaşmağı, prinsipiallığı, zəhmətə alışqanlığı, özünə mökəm inamı və həyata bağlılığı, düşüncə və fikirlərində sərbəstliyi, azadiliyi, zəhmətə qatlaşmağı özünün həyat amalına çevirən əsl ziyalı şəxsiyyət idi. Qələmə aldığı yazını oxucusuna ilk andan tanıtmağa çalışmırdır.
Soltan Zaman da həm bir müəllim olaraq, həm də bir yazıçı olaraq sadalanan kriteriyalara daim sədaqət nümayiş etdirib
Yazıçı-şair Sultan Zaman 1945-ci ildə Masallı rayonu Mololon kəndində ziyalı ailəsində anadan olmuşdur. 1961-ci ildə orta məktəbi, 1966-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetini uğurla bitirmişdir. Ununiverseti bitirdikdən sonra 1966-cı ildə Masallı rayonu Tüklə kəndində əmək faliyyətinə başlamışdır. 1970-ci ildə Mololn kəndində əsas məktəbdə 2007-ci ilə qədər Direktor olaraq faliyyət göstərmişdir. Yazıçı-şair Sultan Zaman 2007-ci ildə vəfat etmişdir.
Ailəlidir 4 oğul 4 qiz övladı var. Qızı Məhərrəmova Aynur onun şərfli ömür yolunun davamçısıdir. Sairə Aynur Soltan qızı bu gün atasının yolunu inamla davam etdirir. İnşallah ki, ən qısa müddətdə kitabı çap olunaraq işıq üzü görəcək.
Onun şeyirləri– istər sevinc istər kədər olsun, onlar həyatımızın müasir dövrünün reallıqlarını özündə göstərirdi. Yazıçı şeyirlərini ilahiləşdirməyə çalışmır, sadəcə onları olduqları kimi cəmiyyətə təqdim etməyə çalışırdı. Bədii əsər yalnız o zaman insana doğma, məhrəm olur ki, həmin insan – konkret mənada yəni oxucu bu əsərdə özünü görür, gerçək həyatı, dünyanı, bu gerçəklik haqqında öz düşüncələrini yaradır. Soltan müəllim həyatda həmişə öz gücünə, təfəkkürünə arxalanaraq cəmiyyətdə öz layiqli yerini qazanmışdır.
Soltan Zaman ədəbi mühitdə qazandığı uğurlar onun gecə-gündüz çalışdığı gərgin əməyinin nəticəsində olmuşdur. İnsanı cəmiyyətdə sevdirən onun şəxsiyyətinin bütövlüyü, əqidə saflığı, qüruru, şərəfi, hər yerdə ədalət prinsipini gözləməsi, adamlara qarşı xeyirxah münasibəti, səmimi davranışı, təmkinliliyi, riyakarlıqdan uzaq olması, mənəvi azadlığı, ictimai fəallığı, etik normalara ciddi riayət etməsi, özünə və başqalarına həmişə hörmətlə yanaşması idi.
Soltan zamanda insana xas olan ən nəcib və müsbət insani keyfiyyətlər ölçüyüyə gəlməz dərəcədə çox idi.
Doğma Masallımızda yaşayaraq yazıb yaradmaq. Əyalətdə yazıçı ömrü yaşamaq, yazıb-yaratmaq, peşəkar səviyyəli ədəbi əsərlər ortaya qoymaq asan iş olmasa da, Soltan Zaman bunun öhdəsindən professionallıqla gəlmişdir desəm heç şübhəsiz yanılmaram.Doğma Masallımızın əsrarəngiz təbiəti var. Burda insanlar kimi təbiət elə gözəldir ki, hər addımda təbiətlə cəmiyyətin harmoniyasını hiss edir, ruhlanır, şövqə gəlirsən. Təmiz hava, diş göynədən bumbuz bulaqlar, şiş təpələr, sıldırım qayalar insan oğlunun xarakterinə də sirayət edib. İlahinin xəsislik etmədən yaradın insan oğluna əvəzsiz olaraq ərməğan etdiyi bu gözəllikləri gəzib gördükcə insan oğlu paklaşır, elə bir az da müqəddəsləşir desəm heç də yanılmaram məncə. Çünki düzənlikdən başlayaraq başı göylərdə olan dağların qoynunadək gəzə-gəzə insan oğlu Tanrıya bir boy da yaxınlaşır, təmiz hava udduqca təmizləşir, həzin şırıltıyla axan lilpar bulaqların bakir çeşməsindən içdikcə saflaşır, durulur. Burada təbiət İlahinin sehrli qüvvəsilə ilmələnib.
Hansı səmtdə, hansı yöndə olmağından asılı olmayaraq İlahinin minbir lütfü ilə palitralanan təbiət qarşısında sehrlənirsən. Elə bu gözəllikdən dolayı da burda söz qoşub, şeir yazmasan günah olar məncə. Burda qocalar da bir-biriylə şeir diliylə danışırlar. Burdakı şairlik şeir dünyasına ömürlük təhkim olunmuş yolçuluqdur. Bu yolçuluq isə qədər, alın yazısıdır. Bəlkə də bundan boyun qaçırmaq hər adamın işi deyil.Anadan olduğu kənd Masallının qədim tarixə malikidi, təbii gözəlliklərlə zəngin olan bir yaşayış məntəqəsidir. Soltan zamanda da hələ kiçik yaşlarından bu gözəllikləri seyr etdikcə, qarış-qarış gəzib gördükcə onda söz demək, şeir qoşmaq kimi ülvi hisslər baş qaldırır. Beləcə doğma təbiətdən ilhamlanaraq ilk şeirlərini yazmağa başlayır. İlk qələm məhsulları olan şeirlərini orta məktəb illərindən yazmağa başlayır. Beləcə dövri mətbuata da yol tapır. Oxucuları tərəfindən oxunur, sevilir şair Soltan Zaman.Tanrı müqəddəsi olan, haqdan gələn Söz mülkünə qulluq edə-edə tanınır şair. Yaradıcılıq yoluna nəzər saldıqda rəngarəng, çoxşaxəli bir toplu ilə qarşılaşırsan. Bu lirikanı söz-söz oxuduqca Soltan Zaman iç dünyasına bir daha bələd olur, bütün rakurslardan onu bir daha kəşf etmiş olursan. Təbiət təsvirləri, doğma yurdun gözəlliklərindən sevgi, məhəbbətədək rəngarəng bir poeziyası var. Soltan Zamanın. İnsan xarakterinin açılımı onun poeziyasının ana xəttini təşkil edirdi. Zəkalı, sədaqətli, kamil, gözəl insan. Elə bir insan ki, öz amalından dönməyən, mübariz, haqq, həqiqət yolunda canından keçməyə hazır, mərd, doğru, sadiq, vəfalı insan! Həqiqi dostluğa, saf sevgiyə bütün yazılarında dəyər verir şair Soltan Zaman. Elə bu mənada da bəzən şeirlərində fəlsəfi motivlərə də rast gəlinir. Oxuduqca safşaşdıran, düşündürən və bəzən də daşındıran ideyalar var Soltan Zamamın şeirlərində. Soltan Zaman yaradıcılığı əhatəli, çoxşaxəlidir. Müasir dövrün tələbkar oxucusunun axtardığı bütün mövzular peşəkar qələmiylə boy verirdi. Soltan zamanın yaradıcılığından. Təbiətin harmoniyası, cəmiyyətdaxili təzadlar, Vətən tamlığı, Cənub sevgi, Azərbaycançılıq – bir sözlə çağdaş ədəbiyyatın bütün problemlərinin çözülüşü var idi.
Əziz oxucular tam səmimi deyirəm mən bu məqalədə Şairmizin ömür yoluna ışıq salarkən bir neçə ailə üzvüylə telefon bağlantısı qurdum. Soruşdum Soltan Zaman haqda nə deye bilərsiniz, övladından tutmuş bacı qardaşlarına qədər eyni sözləri dedilər biz çox söz deyə bilərk. Ancaq yaxşısı bu dur el oba desin. Məs bu sözlərdən sonra mən Şairin nece ömür yaşamasını tam dərk etdim. Hər kimdən soruşduq kiçikdən böyukə vəfatından sonrda belə bu insan haqda niye bu qeder ürəkdən söz açılır hər kəs bir nəfər kimi, dedi mənə indi belə bir müəllim göstər ki, öz şəxsi maliyyə hesabına məktəb qursun, tiksin və orda təhsil verdiyyi müddətdə imkanı olmayana yardım etsin, eyni zamanda valideyin qayğısı göstərməklə ona yüksək təhsil versin. Ağsaqal, ağbirçək qədrini bilsin hörmətini tutsun, el obanın xeyrinə şərinə şərik olsun, başqasın dərdini öz dərdi bilib kömək olsun. Hər kəs bir nəfər kimi deyirdi Kişi şərfli ömür yaşadı və yaşatdı.
Ona görədə bu gün hələdə adı uca tutulur. Həm el oba tərəfindən, həm də övladları tərəfindən.
ANALAR, ATALAR
Analar bəxş etdi bizi dünyaya,
Sevincdə dadmışıq, Qəm də yemişik.
Yerdən yol açsaqda ulduza aya,
Çətinə düşəndə Ata demişik.
________________________
Analar hər qəlbin odu - atəşi,
Ümüd göyərdiblər dərd çəkə - çəkə.
Atalar nur saçan qayğı günəşi,
Bizi düşünüblər tər tökə - tökə.
__________________________
Analar titrəyən Yarpaqdır hər an,
Bir soyuq nəfəsdən donub quruyub.
Atalar sıyırıb qılıncı qından,
Vətəni qoruyub, bizi qoruyub.
___________________________
Analar çağlayan laya bulağı,
Arzular dil açıb şirin səsində.
Atalar dağ üstə qoyublar dağı,
Bizi tanıdıblar yer kürəsinə.
_______________
Analar torpaq tək müqəddəs, əziz,
Bizi təmənnasız bəsləyib bir - bir.
Atalar Səma tək sahilsiz dəniz,
Səmasız bu torpaq bir deyin nədir ?
Sözsüz ki, kiçicik bir yazıda Soltan Zamanın yaradıcılığına tam halda işıq salmaq imkan xaricindədir.
Bizdə də bir Azərbaycanlı olaraq Soltan Zamanın dərin, şərəfli ömür yoluna ışıq salmağı özümüzə borc bildik.
Və bü məqalənin başlıq adını yazarkən heç tərədüd etmətdim.
Biz öz növbəmizdə şairin ailəsinə, rayon ziyyalarına, kənd camatına, bizə təqdim etdikləri məlumatlara görə öz minnatdarlığımızı bildir, şair Soltan Zamana Allahdan rəhmət diləyirik.
Qeyd: Çox saylı oxucuların müraciətinin nəzərə alaraq Yazıç, şair Soltan Zamanın qələmə aldığı şeirlərdən birini Sizə təqdim edir. Eyni zamanda Şairin ömür yolundan bəhs edən qısa metrajlı sənətli filmin çəklişlərinə başlamışıq.
Diqəətinizə gorə minnatdarıq
Ardı Var.