GƏNC NƏSLİN AZƏRBAYCAN BAYRAĞINA, GERBİNƏ VƏ HİMNİNƏ HÖRMƏT RUHUNDA TƏRBİYƏ EDİLMƏSİ MƏKTƏBİN ƏSAS VƏZİFƏSİDİR.

GƏNC   NƏSLİN    AZƏRBAYCAN    BAYRAĞINA, GERBİNƏ  VƏ  HİMNİNƏ   HÖRMƏT    RUHUNDA TƏRBİYƏ    EDİLMƏSİ     MƏKTƏBİN    ƏSAS VƏZİFƏSİDİR.

Hesabatlılıq ümumi fəaliyyətin müntəzəmliyini və vaxtaşırı müzakirə olunmasını təmin edir. Hər bir fərdin vəzifə funksiyalarına məsuliyyətlə yanaşmasına, cavabdehliyinə mühüm şərait yaradır. Bu zaman məsuliyyətin bölüşdürülməsi ümumi təhsilin idarə olunmasında kollegiallıq, demokratiklik, sistemlilik və şəffaflıq yaradan mühüm amil kimi meydana çıxır, ümumi fəaliyyətin səmərəli planlaşdırılmasına və nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin müəyyənləşdirilməsinə xidmət edir. Pedaqoji idarəetmədə əsas amillərdən biri hesabatlılıq vacib incə nüanslardan biri olub, sistemi mexanizm olaraq yaratmaqdır. Əgər idarəetmədə keyfiyyətin yüksəldilməsinin əsas formaları proqnozlaşdırma və planlaşdırmadırsa, hesabatvermə isə onun auditidir. 

Əziz, hörmətli və dəyərli Azərbaycan Respublikasının Gəncliyi və bu gəncliyin inkişafı və formalaşmasında mütərəqqi rolu olan Azərbaycan Respublikasının ümummilli lideri və ulu öndəri, müasir Azərbaycanın banisi Heydər Əliyevin xatirəsini hörmətlə və izzətlə anaraq və həmçinin, onun layiqli davamçısı olan müasir Azərbaycanın mütərəqqi  və innovativ inkişafının təməlçisi və qarantı, gənclərin və gənc ailələrin sosial – iqtisadi – mədəni – elmi istiqamətdə əsas mənəvi dayağı və arxası Prezidentimiz İlham Əliyevə və 21 fevral 2017 – ci il tarixindən Birinci Vitse – prezidentimiz, kimi fəaliyyətə başlayan hörmətli və qayğıkeş Mehriban xanım cənablarına 02 Fevral Azərbaycan Respublikasında Gənclər Günü və bu istiqamətdəki yorulmaz və fədakar əməyi ilə əlaqədar dərin minnətdarlıq və təşəkkürlər ifadə edərək, gənc pedaqoq və ölkə səviyyəsində keçirilən bir çox milli intellektual oyunların (Xəmsə Milli İntellektual Oyunlarının I və II Azərbaycan Çempionatının və habelə, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin həm regional və həm də, ölkə səviyyəsində turnirlərinin) iştirakçısı və laueratçısı kimi qeydiyyatda olduğum qədim Nizami yurdu və tarixi qəhrəmanımız və igidlik rəmzimiz olan Cavad xan elindən 500 km - ə yaxın uzaq məsafədə,  Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada həyata keçirilən Müəllimlərin İşəqəbulu üzrə müsabiqənin test mərhələsindən uğurla keçərək, 26.09.2019 – cu il tarixindən işəqəbul olunduğum və pedaqoji fəaliyyətə başladığım Yardımlı Rayonu Təhsil Şöbəsi, Horavar kənd A. Alyarov adına tam orta məktəbdə həyata keçirdiyim pedaqoji fəaliyyətim və şagirdlərdə vətənpərvərlik və vətəndaşlıq ruhunun yaradılması və daha da yüksəldilməsi istiqamətində əvəzsiz rola malik Tarix fənninin tədrisi haqqında qısa, lakin konkret faktları və buna aid şəkillərlə əhatə olunmuş, hesabatı verməyi özümə mənəvi və pedaqoji borc bildim. Həm də, ona görə ki, bu il hesabat verməklə, tədris həyata keçirdiyim tam orta məktəbdə və rayon təhsil şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin məlum «Ümumi təhsil sahəsində 2018–2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə»  14 avqust 2018 – ci il tarixli, F – 550 №li əmrində, «Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» 15 yanvar 2019 – cu il tarixli, F – 18 №li əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər və habelə, ,«Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə» əlavə tədbirlər barədə 13.05.2019–cu il tarixli F–260 №li Azərbaycan Respublikasının Təhsil Nazirinin əmrinin icrası ilə bağlı Hesabatlılıq Presedentinin (nümunəsinin) yaradılması idi. 

İlk növbədə onu qeyd edim ki, pedaqoji fəaliyyətə başladığım ilk tədris həftəsindən tam orta məktəbin bütün şagird kontingenti (müvafiq olaraq siniflər şəklində), xüsusən də, V – XI sinif şagirdlərinin hər biri üçün, ayrı – ayrılıqda onlarda milli vətənpərvərlik ruhunun yaradılmasında, inkişafında və formalaşdırılmasında mühüm və əvəzolunmaz rola malik Tarix elminin tədrisində təmənnasız olaraq, davamlı şəkildə dərsdənkənar məşğələlərin tədrisinə başladım. Bu həm də, əziz və hörmətli şagirdlərimin dərsdənkənar məşğələlərinin tədrisi istiqamətində təmənnasız davamlı ənənənin təməli rolunu oynadı. 

Bundan əlavə, qısa müddətdə hər bir şagirdə fərdi yanaşma əsasında, idrakına təsir edə biləcək metod və vasitələrdən (debat, ziq – zaq, beyin həmləsi (brane - stone) və s.) istifadə edərək, müasir təlim metodları sayəsində daha böyük uğurlara nail olma istiqamətində fəaliyyətim başlıca məqsəd və amalım olub. 

Həmin məktəbin tədris həyata keçirdiyim bütün sinif şagirdləri, xüsusən də yuxarı və buraxılış (IX – XI) sinif şagirdləri üçün mütəmadi olaraq həm məktəbin özündə, məktəb rəhbərliyinin iştirakı ilə monitorinq sınaq testləşdirmələrin həyata keçirilməsi və həm də, respublikada milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan, prestijli təlim – tədris həyata keçirən Kaspi Təhsil Mərkəzinin “Kaspi Abituriyent” adlanan Yardımlı rayonu üzrə filialında davamlı şəkildə keçirilən imtahanlarda iştirakına zəmin yaratmaq və hətta, imtahanlara şagirdlərimi birbaşa özümün aparmağım və bu imtahanlarda şagirdlərimdən III ixtisas qrupu üzrə ixtisaslaşan XI sinif şagirdlərimin yüksək səviyyədə iştirakını xüsusilə qeyd etməliyəm. Belə ki, Horavar kənd A. Alyarov adına tam orta məktəbin XI sinif şagirdi Mahmudlu Turqay Höccət oğlu Kaspi Təhsil Mərkəzinin “Kaspi Abituriyent” adlanan Yardımlı rayonu üzrə filialında 20.10.2019 – cu il və 19.01.2020 – ci il tarixlərində iştirak etdiyi sınaq imtahanlarında tədrisini həyata keçirdiyim Tarix fənni üzrə müvafiq olaraq, 30 – test tapşırığından 100 % və 95 %, həmin sinfin digər şagirdi Ataşov Amid Tahir oğlu, 88 % və 90 %, habelə həmin məktəbin X sinif şagirdi Hümbətzadə Eltac Fuad oğlu 75 % və 82 % və IX sinif şagirdi Fəttazadə Əli isə, 78 % və 82%   doğru cavablandırmaqla, tarix elminə və fənninə olan yüksək bilik – bacarıq və intellekt potensialından xəbər verir. Əlbəttə, vətənimiz və “Odlar yurdu” doğma Azərbaycanın və o cümlədən, ümumdünya tarixinin ən qədim dövrlərindən müasir dövrə qədərki keçdiyi uzun tarixi inkişaf mərhələlərindən ibarət dönəmi ətraflı və hərtərəfli idraka nüfuz edərək və dərk edərək öyrənmək müasir təlim texnologiyalarının əsas məqsədlərindən biridir. 

Bundan əlavə, tədris prosesi zamanı – konkret olaraq, tarixi bayramlar və əlamətdar günlərdə, habelə ümumxalq hüzn günü və soyqırım, habelə, müxtəlif rayonların işğal günlərində məktəbimizdə şagirdlərə nümunəvi dərslərin təşkili və onların tarixi günlərimizi olduğu kimi və dəqiqliklə yadda saxlamaları və unutmamaları və milli – mənəvi dəyərlərin inkişafı üçün əlimdən gələni əsirgəmirəm.  Belə ki, 25. 10. 2019 – cu il tarixində məktəbimizdə Zəngilan rayonunun işğalının 26 – cı ildönümü münasibətilə tərəfimdən müxtəlif siniflər, konkret - VIII və X siniflərin şagirdləri üçün tədris prosesində Heydər Əliyev Fondunun vitse – prezidenti Leyla xanımın rəhbərliyi ilə lentə alınan «Erməni terroru – beynəlxalq jurnalistlərin gözü ilə»  adlı tarixi – sənədli film elektron şəkildə - notebook və proyektor vasitəsi ilə nümayiş olundu və işğal olunmuş rayonlar və orada olan mədəni – tarixi abidələr haqqında, milli – mənəvi dəyərlərimiz mövzusunda ətraflı məlumatlar çatdırıldı. Əlbəttə ki, bu dərslərin təşkilində informasiya kommunikasiya texnologiyalarından olan proyektordan istifadə çox önəmli əyani vəsaitdir. Ümumtəhsil məktəbimizin bu kimi elektron avadanlıqlarla təminatında, başda Azərbaycan Respublikasının Təhsil Naziri, çox hörmətli və əziz, dəyərli və qayğıkeş ziyalımız Ceyhun Bayramova və o cümlədən də, Yadımlı Rayonu Təhsil Şöbəsinin müdiri, tanınmış ziyalı və qayğıkeş insan Manaf Səmədzadəyə sonsuz minnətdarlıq və təşəkkürlərimi ifadə etmək istərdim. Əlbəttə, 02 Fevral Gənclər Günündə gənclərin başlıca dəstəkçisi olmaq və ümummilli liderin ideyalarının davam etdirilməsi istiqamətində, sonsuz fədakarlıqla bağlı həm Azərbaycan Respublikasının Prezidenti, möhtərəm və əziz lider, gənclərin yaxın dostu və dəstəkçisi İlham Əliyevə və Birinci vitse – prezidentimiz Mehriban xanıma və o cümlədən, Azərbaycan Respublikasının Təhsil Naziri dəyərli və hörmətli nazirimiz Ceyhun Bayramova sonsuz təşəkkürlərimizi ifadə etmək biz gənc pedaqoqların başlıca həyat amalı və devizidir.  

      

   

Tədris prosesi zamanı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 28 yanvar 2019 – cu il tarixli Sərəncamına və bu Sərəncamdan irəli gələrək Azərbaycan Respublikası Təhsil Nazirinin 10 Aprel 2019 – cu il tarixli F – 175 №li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı” na əsasən, 2019 – 2020 – ci tədris ilində 15.11.2019 – cu il tarixində ümumtəhsil məktəbində tanınmış nasir, publisist, yazıçı, pedaqoq və ədəbiyyatşünas alim İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Horavar kənd  A. Alyarov adına tam orta  məktəbində həm şagird və müəllim heyyətinin iştirakı ilə ədəbi – bədii gecədən ibarət tədbirlər və həm də, bu istiqamətdə XI sinif şagidlərinin tədris otağında birbaşa mənim tərəfimdən ədəbi – bədii güşə də təşkil etmişəm. 

                  

 

         

Bütün bunlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 17 noyabr 2009 – cu il tarixli «Azərbaycan Respublikasında Dövlət bayrağı gününün təsis edilməsi» haqqında Sərəncamına əsasən və bu Sərəncamdan irəli gələrək, hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsini nəzərə alaraq,  məktəbimizin önündə, açıq səma altında  Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirin təşkili, direktor Zakir İbrahimovun tədbiri açıq elan etməsi və bu barədə şagirdlərimizə məktəbimizin Tarix fənn müəllimi kimi  tərəfimdən ətraflı məlumatın verilməsi və bayrağımızın dövlət müstəqilliyinin başlıca təminatçısı, atributu olması xüsusi vurğulanmışdır. Məhz bu gündə şagirdlərimizin fəallığı da diqqəti cəlb etmişdir. Belə ki, VI sinif şagirdi Vəliyev Sərxan, VIII sinif şagirdləri Həbibli Nurcan və Hümbətli Elzanın da bayrağımıza həsr olunmuş şeirlər ifa etməsi maraqla qarşılanmışdır. 

         

Məktəbdə təlim – tərbiyə işinin həyata keçirilməsində şagirdlərimiz arasında keçirilən müxtəlif intellektual bilik yarışlarının böyük əhəmiyyəti vardır. Yarışların təşkili və keçirilməsi kifayət qədər vaxt və zəhmət tələb etsə də, məktəbimizdə belə tədbirləri gənc pedaqoqlarımızın  vasitəsilə tez – tez keçiririk. Çünki, bu tipli yarışlar şagirdlərdə bir sıra müsbət keyfiyyətlərin formalaşmasında əvəzsiz vasitədir. O, uşaqlarda dostluq, əməkdaşlıq, qarşılıqlı hörmət, inam və məsuliyyət hissləri yaratmaqla bərabər, onlarda kollektiv işləmək və təşkilatçılıq qabiliyyətləri də formalaşdırır. 

Məktəbimizdə keçirilməsi ənənə halını almış, “Bilik yarışı”nın təşkili və onun daha da, inkişaf etdirilməsi haqqında onu da əlavə edək ki, bu yarışların uğurla keçirilməsi üçün məktəblərdə özünüidarəetmə prinsipinə əsaslanan “Məktəb şurası” və ona daxil olan “Müəllimlər şurası”, “Valideynlər şurası”, “Şagirdlər şurası” və “Siniflər şurası”  kimi qarşılıqlı əməkdaşlıqdan və səmimi münasibətlərdən keçir. Birgə iş planı üzrə fəaliyyət göstərə bilən məktəbdaxili, rayondaxili və regiondaxili bu cür təşkilatların yeni nəsil gənclərin yetişdirilməsi və maarifləndirilməsində böyük rolu ola bilər. Təcrübələr göstərir ki, valideynlərlə, ictimai təşkilatlarla, təhsil və icra orqanları ilə sıx əlaqədə fəaliyyət göstərən məktəblər böyük nailiyyətlər əldə edirlər. Belə ki, məhz məktəbin demokratik qaydada idarə edilməsində valideynlərin də rolunun böyük olduğu danılmazdır. Valideynlərlə əlaqə məktəbdə təlim – tərbiyə işinin uğurla həyata keçirilməsində əsas şərtlərdən biridir.

Məktəbimizdə təşkil olunan intellektual yarışlardan və şagirdlər arası bilik yarışmalarından: 

   

29.11.2019 – cu il tarixində Yardımlı Rayonu İcra başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına Yardımlı rayonu Horavar kənd A. Alyarov adına tam orta məktəbdə təlim – tərbiyə işinin təşkili vəziyyəti barədə tərəfimdən direktorun göstərişi əsasında ətraflı Arayış hazırlanaraq, elektron formada təqdim edilmişdir. Bu Arayışda Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 24 oktyabr 2013 – cü il tarixli, 13 №li Sərəncamı ilə təsdiq olunmuş, «Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası» nda əsas hədəflər olaraq qeyd olunmuş, ümumitəhsilin məzmunu və təhsil sisteminin başlıca vəzifələri, habelə, bu istiqamətdə Pedaqoji kollektivin qarşısına qoyduğu məqsədlər və hədəflər barəsində ətraflı məlumat verilmişdir. 

Məktəblilərin narkomaniyadan və digər zərərli vərdişlərdən qorunması istiqamətində daim maarifləndirici söhbətlər aparılır. Şagirdlərə bu tip zərərli vərdişlərin mahiyyəti açıqlanır və onların törədə biləcəyi fəsadlar aydın izah olunur, habelə bu istiqamətdə proyektor vasitəsilə nümayiş olunan tərbiyəedici sənədli filmlər vasitəsilə  şagirdlərimizin bu cür vərdişlərdən uzaq olmaları daim tövsiyyə olunur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2019 – 2020 – ci tədris ili üzrə narkomaniya və digər zərərli vərdişlər barəsində şagirdlərin düşüncələrindən ibarət “Narkomaniya  - insanlığın bəlasıdır”  inşa yazı müsabiqəsinə XI  sinif şagirdi Ataşov Amid Tahir oğlu tərəfindən sərbəst inşanın təşkili və həmin sinfin Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimi Mahmudlu Höccət tərəfindən inşa barəsində yazılmış arayışla birgə, Yardımlı Rayonu Təhsil Şöbəsinə təqdim edilməsi də xüsusi təqdirəlayiq hal kimi dəyərləndirilməlidir.  

02.12.2019 – cu il tarixində məktəbimizin gənc və istedadlı, yüksək ixtisas bilgilərinə malik, bu tədris ilindən məktəbimizdə pedaqoji fəaliyyətə başlamış, Tarix fənn müəllimi olaraq, mən Musayev Sərxan Nazim oğlu məktəbimizin 7 nəfər VI sinif və 3 nəfər VIII sinif şagirdlərinin Yardımlı Rayonu Tarix – Diyarşünaslıq Muzeyinə, Yardımlı Rayonu Heydər Əliyev Mərkəzinə, Yardımlı Rayonu Şəhidlər Xiyabanına və habelə, Yardımlı Rayonu Gənclər Parkına ekskursiyası təşkil olundu. Bu ekskursiya şagirdlərimizin asudə vaxtlarının səmərəli təşkili, elmə - biliyə marağının artırılması və yaşadığı rayon üzrə milli – mənəvi dəyərlər və maddi – mədəniyyət nümunələri ilə tanışlıq xarakteri daşıyırdı. Belə ki, gənc və fədakar Tarix müəllimi olaraq məktəblilərə Yardımlı Rayonu Tarix – Diyarşünaslıq Muzeyində «Azərbaycanda Neolit inqilabı – oturaq həyata keçid, dulusçuluq, toxuculuq və sənətkarlığın meydana gəlməsi» mövzusunda nümunəvi dərs təşkil edərək, şagirdlərimizə mövzu üzrə hər bir maddi – mədəniyyət nümunəsini əyani göstərmiş və hal – hazıra qədər hansı tarixi prosesləri özündə ehtiva etdiyini tarixi faktlarla şagirdlərimizə izah etmişəm. Təbii ki, Tarix – Diyarşünaslıq  Muzeyi ilə ilk dəfə tanış olan və orada nümunəvi dərs dinləyən şagirdlərimizdə vətənimiz Azərbaycanın və o cümlədən, Yardımlı rayonunun tarixinə, maddi – mədəniyyət abidələrinə və milli – mənəviyyatına sonsuz bağlılıq daha da güclənmişdir. Bu istiqamətdə gənc və enerjili, həm də dərin ixtisas bilgiləri və informasiya kommunikasiya texnologiyalarını yüksək işlətmək bacarığına malik müəllim kimi bu yorulmaz fəaliyyətimdən zövq aldığımı bilmənizi istərdim.

 

         

02.12.2019 – cu il tarixində yuxarıda qeyd etdiyimiz kimi gənc müəllim olaraq, məktəbimizin şagirdlərini müasir Azərbaycanın qurucusu və memarı, ulu öndər və ümummilli liderin adını daşıyan və onun xatirələri ilə zəngin Yardımlı Rayonu Heydər Əliyev Mərkəzi ilə də tanış etmiş və mərkəzdə də, «Müasir Azərbaycanın xilaskarı və dövlət təhsil siyasətinin banisi, görkəmli ictimai – siyasi xadim, ulu öndər Heydər Əliyev» adlı nümunəvi dərs təşkil etmişəm. Təbii ki, bu da şagirdlərimizin böyük marağına səbəb olmuşdur. Gənc tarix müəllimi ulu öndər irsini və ideyasını şagirdlərimizə çox sadə və anlaşıqlı dildə ifadə edərək, azərbaycançılıq məfkurəsinin təməlini qoymuş ümummilli liderin təhsilimizdəki rolundan və ictimai – siyasi fəaliyyətindən ətraflı bəhs etmişəm. Bütün bu ekskursiya müddətində hər cür köməyə və yaratdıqları şəraitə görə isə, həm Tarix – Diyarşünaslıq Muzeyinin Direktoru, hörmətli Əli Abdullayevə və həm də, Heydər Əliyev Mərkəzinin direktoru, hörmətli Aqil Ağayevə dərin minnətdarlığımı bildirirəm.  

Horavar kənd A. Alyarov adına tam orta məktəbin şagirdlərinin Yardımlı Rayonu Heydər Əliyev Mərkəzinə ekskursiyasından: 

      

Bu qeyd etdiyim mədəni - tarixi abidələrlə yanaşı, 02.12.2019 – cu il tarixində gənc müəllim olaraq məktəbimizin şagirdləri ilə birgə müasir Azərbaycanın qəhrəmanlıq simvolu olan, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin uyuduğu Yardımlı rayonu «Şəhidlər xiyabanı»na da ziyarət etməyi özünə mənəvi borc bilmiş və şagirdlərimizə, Yardımlı rayonunun və xüsusilə də, Horavar kəndinin şəhidlərinin tanıdılması istiqamətində ətraflı məlumatlar vermiş, onların məzarları üzərinə əklillər qoyulmuş və habelə, şagirdlərimiz tərəfindən məzarları üzərində şəhidlər bir dəqiqəlik sükutla anılmış və onlara həsr olunmuş şeirlər ifa olunmuşdur. Belə ki, VI sinif şagirdlərimizdən Vəliyev Sərxan, Canaliyev Amin və Bəgişov Sinan tərəfindən şəhidlərimizin ruhuna şeirlər ithaf olunmuşdur.  

            

 

02.12.2019 – cu il tarixində gənc Tarix fənni üzrə müəllim kimi  məktəbimizin şagirdləri ilə birgə ekskursiyasının son mərhələsində isə, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, zehni yorğunluqdan sonra istirahətindən zövq ala biləcəkləri park olan «Gənclər parkı» ilə də tanış oldular. Təbii ki, əlverişli coğrafi mövqedə yerləşən və təmirdən sonra istirahət üçün bütün kriteriyalara uyğun məkan olan «Gənclər parkı» Yardımlı rayonunda gözəlliyi və təmizliyi ilə göz oxşayır.  

             

11.12.2019 – cu il tarixində məktəbimizin gənc və istedadlı ixtisas müəllimi, o cümlədən tədbirlərin təşkilində yüksək təşkilatçılıq qabiliyyəti olan, Tarix fənni üzrə müəllim kimi tərəfimdən Yardımlı Rayonu Heydər Əliyev Mərkəzi, o cümlədən direktoru Aqil Ağayevlə birgə «Müasir Azərbaycanımın qurucusu və memarı, vətənin və xalqın böyük oğlu və təəssübkeşi – Heydər Əlirza oğlu Əliyevin 16 – cı anım ili və 96 – cı doğum ili»nə həsr olunmuş «Xalqa bağışlanmış ömür» adlı ədəbi – bədii gecə təşkil olunmuşdur. Bu tədbir ilk öncə, ulu öndərin anımı və muzeyin önündəki abidəsini ziyarətlə başlamış, daha sonra Heydər Əliyev Mərkəzinin 3D konfrans zalında davam etdirilmişdir. Tədbirin bu hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Bu tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev açıq elan etdikdən sonra, aparıcılığı gənc Tarix fənn müəllimi kimi davam etdirdim. Gənc müəllim ulu öndər, müasir Azərbaycanın azərbaycançılıq ideyasının müəllifi və həyata keçirən dövlət xadimi olaraq, müasir Azərbaycanın tarixini yaradan və böyük qürurla yaşadan ulu öndər haqqında «Fikir söyləmək biz gənclər üçün böyük qürur və şərəf mənbəyi olub, məsuliyyət simvoludur» ifadəsi ilə nitqimi davam etdirmiş və böyük Azərbaycanlının 1969 – 1982 – ci illərdə və o cümlədən, 1993 – 2003 – cü illərdə dövlət quruculuğu, hərbi islahatlar, iqtisadiyyatın tənzimlənməsi və təhsilin yenidən qurulmasında həyata keçirdiyi islahatlar dövlətin dirçəldilməsi və inkişafında, sosial – iqtisadi rifah halının yüksəlməsində əvəzsiz rolundan bəhs etmişəm. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Tədbirin gedişində, Yardımlı Rayonu Təhsil Şöbəsinin müdir müavini Məhluqə xanım Niyazovanın «Heydər Əliyev və təhsil islahatları», habelə, Heydər Əliyev irsinin geniş tədris olunması haqqında, Köryədi kənd tam orta məktəbin direktoru Mehralı müəllimin «Heydər Əliyev və böyük hafizə sahibi», Yardımlı Rayonu Gənclər və İdman İdarəsinin müdir müavini Rövşən Süleymanovun isə, «Heydər Əliyev və gənclik», Vərov kənd tam orta məktəbin direktoru Şakir Hüseynovun “Dahi şəxsiyyətin ölkəmizin inkişafındakı misilsiz xidmətləri” başlıqlı çıxışları və Horavar kənd tam orta məktəbinin VI sinif şagirdlərinin ulu öndərə həsr olunmuş şeirləri çox böyük maraqla qarşılandı. Tədbirin sonunda isə, ümummilli liderə həsr olunmuş «Böyük türk oğlu və ictimai – siyasi xadim»  adlı sənədli – tarixi film nümayiş olundu. Tədbirin sonunda təşkilatçılar tərəfindən hər bir iştirakçıya təşəkkür ifadə edildi.  

       

Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Ümumi təhsil sahəsində 2018–2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə» 14 avqust 2018 – ci il tarixli, F – 550 №li əmrində, «Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» 15 yanvar 2019 – cu il tarixli, F – 18 №li əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər və habelə, «Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə» əlavə tədbirlər barədə 13.05.2019–cu il tarixli F–260 №li Azərbaycan Respublikasının Təhsil Nazirinin əmrinin icrası ilə bağlı Yardımlı rayonu Horavar kənd A.Alyarov adına tam orta məktəbin Şagirdlərinin Azərbaycan və ümumi tarixdən monitorinq – ümumi yoxlama testləşdirməsi:

       

Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Ümumi təhsil sahəsində 2018–2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə» 14 avqust 2018 – ci il tarixli, F – 550 №li əmrində, «Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» 15 yanvar 2019 – cu il tarixli, F – 18 №li əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər və habelə, ,«Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə» əlavə tədbirlər barədə 13.05.2019–cu il tarixli F–260 №li Azərbaycan Respublikasının Təhsil Nazirinin əmrinin icrası ilə bağlı Yardımlı Rayonu Təhsil Şöbəsi Horavar kənd A. Alyarov adına tam orta məktəbinin 2017 – 2019 – cu pedaqoji illər üzrə HESABATINI slaydlar şəklində hazırlamaq  və 28 dekabr 2019 – cu il tarixində Yardımlı Rayonu Təhsil Şöbəsinin müdiri, hörmətli və əziz Manaf müəllimin iştirakı ilə hesabat dinləmələrində nümayiş etdirmək mənim üçün böyük şərəf və qürur mənbəyidir. 

 

        

Son olaraq, 30.12.2019 – cu il tarixində məktəbimizdə həm 31 Dekabr Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü və Yeni təqvim ilinin gəlişi münasibətilə rəsmi və bədii hissədən ibarət tədbir təşkil olunmuş və bu günün mahiyyəti və onun meydana gəlməsində ulu öndər Heydər Əliyevin əvəzsiz fəaliyyəti qeyd olunmuşdur. 

Bundan əlavə isə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbəri, hörmətli  Samir Nuriyevin «20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı» 18 dekabr 2019 – cu il tarixli, 161 №li Sərəncamı və bu Sərəncamdan irəli gələrək, «20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin 29 dekabr 2019 – cu il tarixli  F – 771 №li əmri ilə təsdiq olunmuş Tədbirlər Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin əmrinin icrası və habelə, Təhsil Nazirliyinin Tədbirlər Planının 2 – ci bəndinə əsasən, həm Yardımlı Rayonu Təhsil Şöbəsi, Horavar kənd A. Alyarov adına tam orta məktəbində 13.01.2020 – ci tarixində və həm də, 17 – 18.01.2020 – ci il tarixlərində isə, Yardımlı Rayonu Heydər Əliyev Mərkəzində mövzuya həsr olunmuş tədris həyata keçirdiyim Horavar kənd A. Alyarov adına tam orta məktəbin VI sinif şagirdlərinin iştirakı ilə “20 Yanvar – İgidlik və məğrurluq simvoludur” adlı “Xüsusi dərslər” təşkil etmiş və bu günlə bağlı sərgilər nümayiş etdirmiş və bu günün tarixini özündə əks etdirən sənədli – tarixi və milli qəhrəmanlarımızdan bəhs edən filmlər nümayiş etdirmişəm. 

Sonda, təbii ki, keçmiş Sovetlər Birliyində (Sovet Sosialist Respublikaları İttifaqı və Şərqi Avropada) və habelə, dünyada ilk dəfə olaraq, vətənim Azərbaycanda ümummilli lider və ulu öndər Heydər Əliyev  tərəfindən əsası qoyulmuş və bu gün də, dövlət səviyyəsində qeyd olunan 02 Fevral Gənclər Gününün təsis olunmasından keçən 23 il ərzində gənclərin dövlətimizin formalaşması və inkişafındakı rolunun əvəzsiz və danılmaz olduğu ulu öndərin layiqli davamçısı və müasir Azərbaycanın layiqli lideri Prezidentimiz İlham Əliyev tərəfindən dönə - dönə qeyd edilmişdir. Məhz, Prezidentimizin sayəsində gənclərə göstərilən diqqət və qayğıdan irəli gələrək, bütün ölkə gənclərini səmimi qəlbdən təbrik edir və gələcək işlərində uğurların bol olmasını diləyirəm. 

Oxşar xəbərlər