Şahmat üzrə Avropa çempionatının nəticələrinə dair məlumat

Şahmat üzrə Avropa çempionatının nəticələrinə dair məlumat

5-14 sentyabr tarixlərində Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatı keçirilib.

47 ölkə, 928 şahmatçının iştirak etdiyi turnirdə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında Azərbaycanı 44 şahmatçı təmsil edib. Onlardan 39 nəfəri Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları olub. 

Yarışın nəticəsinə görə, “Təhsil” Respublika İdman Mərkəzi 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Məhəmməd Kazımzadə 7,5 xal, Əhməd Xaqan 7,5 xal, Gəncə şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Mehriban Əhmədli 7,5 xal, Sumqayıt şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Rüstəm Rüstəmov 9 oyundan 8 xal toplayaraq çempionatın qızıl medalını qazanıblar.

4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Ayan Allahverdiyeva 7 xal toplayaraq gümüş, Gəncə şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səadət Bəşirli 7 xal toplayaraq bürünc medal qazanıblar.

Azərbaycan şahmatçıları Avropa çempionatında 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medal əldə ediblər.


Oxşar xəbərlər