30 mart 2024 -cü il tarixində Şəmkir rayon Dəllər - Cırdaxan kənd Şahin Şəmirov adına tam orta məktəbin IX siniflərində Qazax -Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan Şəmkir rayon Təhsil Sektorunun təşkilatçılığı ilə buraxılış imtahanına hazırlıq məqsədilə monitorinq keçirilib. Məqsəd, şagirdlərin buraxılış imtahanına hazırlıq səviyyəsinin öyrənilməsidir. Yoxlama zamanı cavab kartlarının düzgün kodlaşdırılıb-kodlaşdırılmaması öyrənilib.
Şagirdlərə imtahanda uğurlar arzu edirik.