Yeni tədris ilinə hazırlıqla bağlı görüş keçirilib.
Gəncə şəhəri üzrə Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən
məktəbəqədər təhsil müəssisələri və ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə maarifləndirici görüş keçirilib.
Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev yeni tədris ilinə hazırlıq prosesi, həyata keçiriləcək layihələr, IV və IX sinif nəticələri, ali məktəblərə qəbul göstəriciləri barədə məlumat verib. Sözügedən təhsil müəssisələrinin fəaliyyət planı görüş iştirakçılarının nəzərinə çatdırılıb.
Maarifləndirici görüşdə həmçinin sektor müdirləri tərəfindən müxtəlif mövzularda təqdimatlar həyata keçirilib.