“Bu təqvim ili ərzində əlavə hər hansı fənn üzrə sertifikatlaşdırma imtahanının keçirilməsi nəzərdə tutulmayıb”.
“kristal Tv” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, ötən ay ölkə üzrə məktəblərdə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən bütün müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib:
“Növbəti illərdə hansı fənlər üzrə sertifikatlaşdırma imtahanı keçiriləcəksə nazirlik bunu əvvəlcədən elan edəcək. İnkişafetdirici təlimlər, test nümunələri ilə bağlı dəstəkləyici tədbirlər olacaq. Bütün bunlar həyata keçirilmədən hər hansı imtahan tarixi açıqlana bilməz. Müəllimlər narahat olmaya bilər”.