Bu gün Azərbaycan polisi özünü ən yüksək səviyyədə olduğunu göstərir. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövlətimizdə cinayətkarlıqla mübarizə sahəsində görülən işlərin nəticəsi olaraq, istənilən vətəndaş və eləcə də ölkəmizdə olan turistlərin təhlükəsizliyi yüksək səviyyədə qorunur. Bu gün polis təkcə cinayətkarlıqla mübarizə aparmır. Həqiqətən yol polis əməkdaşları daima yollarda nəqliyyatın və piyadaların təhlükəsizliyini qoruyur. Bizim bacarıqlı və gənc polis əməkdaşları var ki, onlarda öz vəzifə borclarını yüksək səviyyədə yerinə yetirməklə daima xidmətdə fərqlənirlər. Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun əmri ilə Daşkəsən Rayon Dövlət yol polisi bölməsinə yeni baş inspektor təyin edilib. Yeni təyin edilən polis leytenantı Bayramzadə Orxan Natiq oğludur. Qeyd edək ki, Bayramzadə Orxan bundan əvvəl Daşkəsən Rayon Dövlət yol polisi bölməsinə çalışıb. Bizdə Bayrəmzadə Orxan Natiq oğluna öz işlərində uğurlar diləyirik.