Qan yaddaşımız gələcək nəsillərə ötürülür. Xocalı soyqırımından 33 il keçir.

Qan yaddaşımız gələcək nəsillərə ötürülür. Xocalı soyqırımından 33 il keçir.

Bu gün Tovuz rayonu Araz Hüseynov adına aşağı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbində millətimizin ağrı-acısına dönmüş Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəb kollektivi, valideynlər və şagirdlər iştirak etmişlər. Xocalı faciəsinə həsr olunan tədbirdə məktəbin şagirdləri soyqırıma dair şeirlər, bayatılar və ağılar söyləmişlər. Tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəcik nümayiş olunmuşdur.

   Tədbir boyunca monitorda işıqlandırılan və  həmin qətliamı dönə-dönə xatırladan görüntülər zaldakı hər kəsə faciənin ağırlığını bir daha göstərmişdir.

   Tədbir məktəbin direktor əvəzi Əliyeva Sevinc və müavin Aidə Abbasova Xocalı faciəsi ilə bağlı çıxışları ilə başa çatmışdır.

    Məktəbdə tədbirdən əlavə Xocalı soyqırımının 33 il dönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir. Tədbira dair geniş video materiallar təqdim olunacaq. Çəklişdə göstərilən yüksək şəraitə ğörə Qazax -Tovuz Regional Təhsil İdarəsinin Rəhbəri Cənab Anar Məcidova öz minnatdarlığımızı bildiririk.


Oxşar xəbərlər