Bizim növbəti qəhrəmanımız Qəhrəmanzadə Mehin Fuad qızıdır. O, Sabirabad şəhər N. Nərimanov adına 2 saylı Beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb- liseyin 11- ci sinif şagirdidir. Elm və Təhsil Nazirliyi Mikrobiologiya Institutu tərəfindən keçirilən Heydər Əliyev ili çərçivəsində "Mikroorqanizmlər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsində Respublika üzrə 1 -ci yerə layiq görülmüşdür. Eyni zamanda Sabirabad rayonunda təşkil olunmuş "Sabir art" layihəsinin 10 istedadlı iştirakçılarından biri seçilmişdir. Layihə müddətində İçəri şəhəri etüd etmiş, Tahir Salahovun ev muzeyinde olmuş və layihənin final mərhələsində Şuşa şəhərinin tarixi abidələrini, təbiətinin füsunkar gözəlliyini təsvir etmişdir. Layihənin bütün mərhələlərini uğurla başa vurmuşdur. Rəssamlığa böyük həvəs və marağı onda rəsm müəllimi Dərya Hüseyinli oyatmışdır. Müəllimi və istedadlı şagirdinə gələcək fəaliyyətində uğurlar diləyirik.
- USD : 1.7000
- EUR : 1.9741
- RUB : 2.1629
CANLI
Son xəbərlər
Prezident Roma Papasını təbrik etdi
2 saat əvvəlQaraciyərin bərpası üçün 10 ən yaxşı məhsul
2 saat əvvəlBerlini ələ keçirən generalın evi yanıb
2 saat əvvəlİmtahan nəticələri açıqlandı
3 saat əvvəlQalmaqallı sektor müdiri işdən ÇIXARILDI
3 saat əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun