“Ali təhsillə yanaşı, bu ildən peşə təhsil müəssisələrində də akkreditasiya keçirilməsi planlaşdırılır”.
Bunu TKTA-nın Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov “Təhsil masası” proqramında deyib.
O bildirib ki, hazırda peşə təhsil müəssisələrinin akkreditasiya qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı proses yekunlaşır.
“Qəbul olunduğu təqdirdə, biz bu il planlaşdırdığımız kimi 5 peşə təhsil müəssisəsində akkreditasiya keçirə biləcəyik"-deyə İ.Hümbətov vurğulayıb.