"Azərbaycan müəllimi" - KRİSTAL TV - Ülviyyə Rəhimova

"Azərbaycan müəllimi" - KRİSTAL TV - Ülviyyə Rəhimova

KRİSTAL TV - nin "Azərbaycan müəllimi" layihəsində siz də iştirak edə bilərsiniz. 

Rəhimova Ülviyyə Cəlil qızı - 3 fevral 1995-ci il tarixində Ağsu rayonunda anadan olmuşdur. Ülviyyə Rəhimova 4 ildir pedaqoji fəaliyyətlə  məşğuldur. İlk müəllimlik addımını 2020- ci ildə Ağsu rayon Sarvan kənd ümumi orta məktəbdə başlamışdır. 2021-ci ildə MİQ imtahanından yenidən uğur qazanaraq Polad Mirzəyev adına 5 saylı tam orta məktəbdə daimi əsaslarla fəaliyyətə başlamışdır. Ülviyyə Rəhimova bildirir ki, ilk iş yeri rayon ərazisindən uzaq olsa da, sevərək işinə davam edir, çünki şagird sevgisi məsafələri yox edir. Həmçinin, Rəhimova  4 ildir MİQ və Sertifikasiya üzrə metodika və müsahibə üzrə təlimçidir.

2022 və 2023-cü illərdə "Gold Faces of Azerbaijan" layihəsində iştirak edərək öz sahəsində göstərdiyi uğura görə mükafata layiq görülmüşdür.

2024-ci ildə isə Ulu Öndər Heydər Əliyev siyasətinin təbliğində səmərəli fəaliyyətinə görə Təhsil Forumunun rəhbəri Emil Tağızadə tərəfindən "Heydər Əliyevin vəsiqəsi" ilə təltif edilmişdir.

Ülviyyə Rəhimova Kristal TV-yə açıqlamasında qeyd etmişdir ki, hansı sahə olur-olsun insan öz üzərində daim işləməlidir, bu məqsədlə, bir sıra təlimlərdə iştirak edmişdir: Əməkdar müəllim Nərgiz Həsənovanın Kurikulum kursunuda müvəfəqiyyətlə bitirərək Rəsmi sertifikatla təmin olunmuşdur. Nirvana Education and Training Center rəhbəri Nərmin xanımın təşkilatı ilə rəsmi Təlimçi sertifikatı almışdır.

 Ülviyyə Rəhimova vurğulamışdır: "Uğur mübarizəni sevir, biz müəllim olaraq, şagirdlərimizə də uğur qazanmaq üçün onları istiqamətləndirməli və həvəsləndirməliyik. Şagirdə bir şəxsiyyət kimi baxmalıyıq və cəmiyyətimizə xeyirli şəxsiyyət yetişdirməliyik".


Oxşar xəbərlər