Bu il keçiriləcək sertifikasiyada yeniliklər olacaq? - RƏSMİ

Bu il keçiriləcək sertifikasiyada yeniliklər olacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu il 31035 müəllim sertifikasiyaya cəlb olunacaq.

Onlardan 11290-ı riyaziyyat, 1284-ü Azərbaycan dili (dövlət dili kimi), 12035-ı ingilis dili, 5868-i rus dili (Azərbaycan bölməsi), rus dili və ədəbiyyatı (Rus bölməsi), 236-sı alman dili, 322-si isə fransız dili müəllimləridir.

 

 

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnistutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva bu il keçiriləcək təhsilverənlərin sertifikatlaşdırma ilə bağlı məlumat verib:

“Bu il xarici dil - rus dili, ingilis dili, alman dili, fransız dili, riyaziyyat, rus dili və ədəbiyyatı və eyni zamanda keçən il məqbul bal toplamayan Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiya prosesinə cəlb olunacaq.

Ötən günlərdə sertifikatlaşdırmanın qiymətləndirilmə çərçivəsi elan edildi. Sualların sayında dəyişiklik yoxdur. 60 sualdan 50 sual ixtisas üzrə ,10 sual isə metodika və pedaqogika üzrə təqdim olunur. Həmçinin, Azərbaycan dili və ədəbiyyat fənnində olduğu kimi, rus dili və ədəbiyyatı fənnindən də dil ilə bağlı suallar 30, ədəbiyyatla bağlı suallar isə 20 olacaq”.

Kristal Tv 

Oxşar xəbərlər