MİQ sertifikasiya müsahibə hazırlığl və fiziki tərbiyə MİQ

MİQ sertifikasiya müsahibə hazırlığl və fiziki tərbiyə MİQ

MİQ Sertifikasiya Müsahibə hazırlığı və Fiziki Tərbiyə MİQ.Sertifikasiya hazırlığı təlimçisi.

 

Təhsil sahəsində bir çox müdavimlərin və müəllimlərin tanıdığı Leyla Məmmədova kimdir?

Bu gün sizə peşəkar müəllim, peşəkar təlimçi Leyla Məmmədovadan danışacağıq.

Leyla Məmmədova 10.02.1996 tarixində Lənkəran şəhərində anadan olmuşdur. Təhsilini başa çatdırdıqdan sonra Lənkəran rayon İcra Hakimiyyəti tərəfindən Liman şəhər 10 saylı uşaq bağçasına müdir vəzifəsin təyin olunmuşdur. 3 il Fəaliyyət göstərdikdən sonra öz ixtisası olan Fiziki Tərbiyə müəllimlik peşəsi üzrə ümumtəhsil məktəbində işləmək qərarına gəlmişdir və MİQ imtahanında iştirak edərək yüksək balla Masallı rayon Çayqıraq kənd ümumi orta məktəbini seçmişdir.

İşlədiyi müddətdə məktəbdaxili və məktəbdənkənar yarışlar keçirtmişdir və keçirtməkdədir.

 

Leyla müəllim 2023 Fevral ayında Fiziki Tərbiyə MİQ və Sertifikasiya Nəzəriyyə və Test toplusu kitabı dərc etmişdir.Qısa zaman ərzində bu kitaba tələbat çox olmuşdur 300 ədəd kitabı Azərbaycanın müxtəlif bölgələrində və Bakı şəhərində satılmışdır.

Savadı,intellektual bacarığı,səriştəsi ilə həmişə həmkarlarından seçilmişdir.

Əlavə fəaliyyəti- hal hazırda Lənkəran Miracle Tədris Mərkəzində Fiziki Tərbiyə MİQ və Sertifikasiya hazırlığı üzrə təlimçi.Eyni zamanda MİQ və Sertifikasiya Müsahibə təlimçisi kimi fəaliyyət göstərir.

Leyla Məmmədovanın fəaliyyəti bununla bitmir.

O bir çox kurslardan təkliflər almışdır.

Hal hazırda Bakı Minerva Tədris Mərkəzi.

Lənkəran LPA Tədris Mərkəzi

Ölkənin ən öndə gedən İlk və tək sosial platforması olan Təhsil Forumunun Müsahibə və Fiziki Tərbiyə üzrə peşəkar təlimçilərindən biridir.

Eyni zamanda ölkənin bütün bölgələrindən olan müdavimlər online vasitəsi ilə Leyla müəllimin dərslərinə qoşulur.

Youtub kanalında Müəllimlərə dəstək olaraq ödənişsiz canlı təlimlər,vebinarlar keçirtmişdir.

Bir çox müdavimə ödənişsiz dəstək göstərmişdir.Bu əlbəttə ki onun böyük ürəyindən xəbər verir.

Fəaliyyəti illərində sertifikatlar,diplomlar,fəxri fərmanlarla mükafatlandırılmışdır və adı işi ilə fəaliyyəti ilə sayılıb seçilən müəllimlərlə birgə hallanır.

 

Təlimçilik fəaliyyətində Leyla Məmmədovanın hər il nəticələri yüksək olmuşdur.O bu illər ərzində 3000dən çox müdavinin müəllim adını qazanmasında böyük rolu olmuşdur.

Fiziki Tərbiyə 2023 MİQ müdavimlərinin nəticələrinin yüksək olması munasibəti ilə Leyla müəllim Təhsil Forumu ,Kütləvi İnformasiya Vasitəsi,

və Təhsil araşdırma mərkəzi tərəfindən 2023cü ilin Peşəkar Təlimçi adına layiq görülmüş diplom və İlin Peşəkar Təlimçi ödülü ilə mükafatlandırılmışdır.

 

Müəllimə gələcək fəaliyyətində daha da çox uğurlar arzulayırıq !

 

Sizin kimi müəllimləri olan təhsil həmişə inkişaf edəcək !

Oxşar xəbərlər