Millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır

Millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır

Uşaqların gələcək inkişafının ilkin təməli, məhz uşaq bağçalarında qoyulduğundan, bu müəssisələrə dövlətin diqqəti xüsusidir. Müasir tələblərə cavab verən Şəmkir şəhər 2 saylı körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Bağçada 8 qrupdan ibarət 155 yerlik uşaq, 43 nəfər işçi var. Onlardan 21 tərbiyəçi, 2 musiqi rəhbəri körpələrin təlim tərbiyəsi ilə məşğul olur. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağça onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz olunub. Müəssisədə müdiri Elvira Allahverdiyevanın  KristalTV-yə verdiyi məlumata görə, bağça bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.  Uzun illərdir ki,  azyaşlıların istifadəsinə verilən Şəmkir şəhər 2 saylı körpələr evi-uşaq bağçası şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir.

Təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırıldığı müəssisədə  həm həyət, həm də bağçanın bütün otaqları daim nəzarətdə saxlanılır.

Burada müxtəlif yaş qrupları üçün məşğələ otağı, rəsm, idman və musiqi zalları, yeməkxana var. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində müxtəlif istirahət guşələri yaradılıb. Onların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması ölkənin dövlət siyasətinin başlıca prinsiplərindəndir. Qeyd edək ki, 2 saylı körpələr evi-uşaq bağçası Digər bağçalara baxanda çox öndədir. Beləki bağçada təlim-tərbiyə alan körpələr daima rayon əhəmyyətli tədbirlərdə, eləcədə uşaqlarla bağlı keçirilən bütün tədbirlərdə yaxından və yüksək səviyyədə iştirak edir. Bağçanın rəhbərliyi uşaqların sağlam ruhda böyüyüb tərbiyə alması üçün əlindən gələni deyil ondan da artlq çalışaraq bütün uğurlara nail olmuşdur. Elvira xanım Media mükafatı, Qızıl qələm, və bir neçə möhdəbər mükafat və fəxri fərmanlara layiq görülmüşdür. Biz də öz növbəmizdə "Tovuz Teleradio Company" MMC olaraq bütün körpə fidanlara xüsusi diqqət və qayğı ilə yanaşan Elvira  xanıma işlərində daima uğurlar arzu edirik. 

Sonda çəkilişə şərait yaratdığına görə Kristal Tv olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, onun İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsul əməkdaşı Nəcibə Vəliyevaya minnətdarlığımızı bildiririk.



Oxşar xəbərlər