Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

1 İyun  “Uşaqların Beynəlxalq Müdafiə Günü ”hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Uşaqlara diqqət və qayğı Ulu öndərimiz Heydər Əliyev tərəfindən həmişə yüksək səviyyədə həyata keçirilmiş və bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyev onu uğurla davam etdirir.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bu qayğı daha böyük önəm almışdır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Qazax Tovuz regional təhsil idarəsi tərəfindən  tədbirlər planına əsasən silsilə tədbirlər təşkil edilib keçirilib. Belə bir möhtəşəm tədbir Şəmkir şəhər 7 saylı körpələr evi uşaq bağçasında qe77yd edilib. 

Bayram tədbiri uşaqların zövqünə görə xüsusi tərtibatla hazırlanıb. Bayram tədbirindən öncə uşaqlar Şəmkir şəhər parkında əylənərək unudulmaz bir gün keçirmişlər.

Daha sonra bağçanın daxilində hazırlanmış bayram tədbirinə ilk öncə dövlət himni səslənərək başlanıldı. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Usaq bağçasının rəhbəri Yusifzadə Lamiyyə Zakir qızı qonaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Yusifzadə Lamiyyə Bildirib ki, Ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyev uşaqlara hər zaman diqqət və qayğı göstərib, onların sağlam və milli ruhda böyüməsi üçün əlindən gələni əsirgəməyib. O, demişdir ki: "Uşaq ağacın kövrək budağına bənzər, onu qayğı ilə qorumaq və yetkinliyə qədər əzizləmək, müdafiə etmək lazımdır ki, sınmasın, əzilməsin, qurumasın."

Tədbirdə iştirak edən Şəmkir şəhər təhsil sektorunun müdürü Cənab Elşən Ələsgərov öz çıxışında körpə fidanları təbrik edib, onlara xoşbəxtlik və səadət, firəvan həyat, uzun ömür, cansağlığı arzulayaraq qeyd edib ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

Daha sonra Tədbirdə iştirak edən Şəmkir şəhər təhsil sektorunun metodistləri Nüşabə xanım Sadığova və Vəfa Xanım Namazova uşaqların biri birindən əyləncəli, gözəl səhnəciklərini izləyiblər.

Qeyd edək ki, Şəmkir şəhər 7 saylı körpələr evi uşaq bağçası 1994 cü ildən failliyət göstərir. Bağça 3 qruplu olmaqla 55 yerlikdir. Bağçaya 2009 -cu ildən rəhbərlik edən Yusifzadə Lamiyyə Zakir qızı bağçaya rəhbərlik etdiyi dövürdən bu yana bağçada əsaslı dəyişikliklər olmuş və körpə fidanların daha yaxşı şəraitdə təlim tərbiyə və vətənpərvəlik ruhunda böyülməsi istiqamətində bir çox addımlar atmışdır ki, bunlardan biridə xüsusi ilə şəhid ailə üzvlərinin bağçada işlə təmin olunmasırırkı, bu da sevindirici haldır.

Sonda çəkilişə şərait yaratdığına görə Kristal Tv olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, onun İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsul əməkdaşı Nəcibə Vəliyevaya minnətdarlığımızı bildiririk.

Tədbirdən olan geniş video reportajı buyurub izləyə bilərsiniz.



Oxşar xəbərlər