Respublikanın ən peşəkar KURİKULUM təlimçisi MƏMMƏDOVA SEVİNC kimdir?
GƏNC POTENSİALLARIMIZI CƏMİYYƏTƏ TANITDIRAQ!
Məmmədova Sevinc Rövşən qızı Kurikulum təlimçisi kimi fəaliyyət göstərir. Biz daha çox bu xanımı gənc tədqiqatçı, xeyirxah bir vətənpərvər kimi tanıyırıq. Həm yazdığı araşdırmalar, məqalələr, həm də yenilikləri ilə müəllimlərə daim dəstək olmuşdur. Tək 1 il müddətində ödənişsiz keçirdiyi kursları, vebinarları, Şəhid və Qazi ailələri üçün 4 ay Kurikulum təlimi, 2 aylıq Azərbaycan dili sürət qrupu, həftə sonu Ədəbiyyat vebinarları, sınaq qruplarları keçirmişdir. Bu isə ilk deyil, 10 ildir ki, artıq bu şəkildə fəaliyyətini davam etdirir. Bundan əlavə Sevinc Məmmədova müsahibə mərhələsinə hazırlaşan müəllimlər üçün yenilikləri və yeni layihələri ilə bizi qarşılamışdır. YouTube platforması üzərindən dərslərin çox aydın, anlaşıqlı, səlis izahı, dünyagörüşünə aid hazırladığı və gündəlik paylaşdığı "10 sual-10 cavab" rubrikası, "sual və təxmin edilən cavab" adı altında qısa videoları, KONSPEKT kimi auditoriyamızda ilklərə imza atmış, habelə, whatsapp üzərindən sual-cavabların təşkili və s. kimi yardımlar həyata keçirir. Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası sahəsində qırmızı diplomla magistraturanı bitirmiş təlimçi "Ədəbiyyatın fənn kurikulumlarının təşkili xüsusiyyətləri" dissertasiyasını yazmış, xarici mənbələrdən istifadə etməklə əhəmiyyəti daha da artırmışdır. Bir çox tezis və məqalələri kitab və jurnallarda nəşr olunmuşdur. Son yazdığı "QAİT" , " Şagird motivasiyası və motivasiya artırmaq strategiyaları", "Effektiv müzakirələrin aparılması", "Pozitiv öyrənmə mühiti", "Sinif mühitinin yoxlama siyahısı" və s. tədqiqatları ilə də yeniliyə imza atmış tədqiqatçı kurikulum sahəsində daim özünü inkişaf etdirmiş və axtarışda olmuşdur. Bundan əlavə dil bilikləri, komputer bilikləri, NLP diplomu, habelə " Gənclərlə gələn gələcək" inkişaf forumunda, "Ritorika nədir?", "Anlayarak hızlı okuma", "Nitqimi necə dəyişim", "Emosiyalarımız bizə nə deyir?" və s. kimi təlimlərdə aktiv iştirak etmişdir. 10 ilə yaxındır Kurikulum üzrə təlimçi kimi fəaliyyət göstərən Sevinc xanım xüsusilə müdavimlərinin yüksək nəticələri ilə də diqqəti cəlb edir. Hər kəsin əslində çox da dərindən tanımadığı bu xanımı sizlərə təqdim etmək, ölkəmizdəki gənc potensialları işıqlandırmaq və onların da dəyərləndirilməsinə yardım etmək üçün bu məqaləmizi sizlərlə bölüşdük. Belə Gənc Potensiallarımızı itirmək olmaz. Mütləq dəstək olmalıyıq.