MİQ və Sertifikasiya üzrə müsahibəyə hazırlaşanlar üçün "Yazı növləri və onların funksiyaları " mövzusu

MİQ və Sertifikasiya üzrə müsahibəyə hazırlaşanlar üçün "Yazı növləri və onların funksiyaları " mövzusu

 

MİQ və Sertifikasiya üzrə müdavimlərin müsahibə mərhələsinə hazırlaşdığı zamanda Kurikulum üzrə təlimçi Məmmədova Sevinc Rövşən qızı müəllimlərə dəstək məqsədilə YouTube platforması üzərindən müsahibə mövzularına uyğun dərslər paylaşır. Müəllimlərin qiymətləndirilməsi üçün tələb olunan mövzulardan biri də Yazı bacarığının formalaşdırılmasıdır. Yazı bacarığına aid bütün məlumatları müəllimlər üçün sistemləşdirib bütünlükdə izah etmişdir. Bu dəfə isə yazı növləri və onların funksiyalarını izah etmiş, xüsuusiyyətlərini, keçirilməsini, təhsildə rolu və s. haqda müəllimləri məlumatlandırmışdır. Məntiqi ardıcıllıqla yazl növlərinin şagirdlərdə formalaşdırığılmaı və həmin yazı növünün əhəmiyyəti vurğulanmışdır. Yazı məzmun xətti ilə işləmək üçün biz yazı növləri ilə tanış olmalı və şagirdlərdə necə formalaşdırılacağını bilməliyik. Üzündənköçürmədən tutmuş, əzbər yazı, ifadə, imla, inşa, essə və s. hər biri videoda ətraflı izah olunmuşdur. Qeyd edək ki, bundan öncəki videolarında "Oxuyub anlama" və " Dinləyib anlama", "Yazı bacarığının formalaşdırılması" mövzularına dair bilikləri də  eynilə izah etmişdir. Bu təşəbbüsünü ürəkdən alqışlayır, işlərində uğurlar arzu edirik.
Mövzuyla əlaqədar daha ətraflı məlumat almaq üçün videomuzla tanış ola bilərsiniz .


Oxşar xəbərlər