Tovuz rayonu Əyyublu kənd Eyvaz Bayramov adına məktəbdə təhsil keyfiyyətinin yüksəldilməsi və şəffaf idarəetmə istiqamətində mühüm addımlar atılır

Tovuz rayonu Əyyublu kənd Eyvaz Bayramov adına məktəbdə təhsil keyfiyyətinin yüksəldilməsi və şəffaf idarəetmə istiqamətində mühüm addımlar atılır

Kristal TV xəbər verir ki, Tovuz rayonu Əyyublu kənd Eyvaz Bayramov adına məktəb təhsil müəssisəsində tədris və idarəetmə prosesinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Məktəbdə formalaşdırılan sağlam təhsil mühiti, ciddi nizam-intizam və müəllim-valideyn əməkdaşlığı təhsil müəssisəsinin nümunəvi fəaliyyətini bir daha nümayiş etdirir.

Məktəbdə hər həftənin çərşənbə axşamı günü saat 14:30-dan 16:30-dək vətəndaş qəbulu təşkil olunur. Qəbul zamanı sakinlər, valideynlər və ictimaiyyət nümayəndələri öz müraciət, təklif və fikirlərini məktəb rəhbərliyinə birbaşa çatdırmaq imkanı əldə edirlər. Bu təşəbbüs məktəb və ictimaiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsinə, şəffaf idarəetmə prinsiplərinin tətbiqinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Bununla yanaşı, məktəb rəhbərliyinin təşkilatçılığı ilə 2025–2026-cı tədris ili üzrə keçiriləcək “Son Zəng” tədbirinin təşkili qaydalarına dair 11-ci sinif valideynləri ilə maarifləndirici görüş keçirilib. Görüş zamanı şagirdlərin təhlükəsizliyi, tədbirin yüksək mədəni səviyyədə təşkili, məktəbli davranış qaydalarına əməl olunması, milli-mənəvi dəyərlərin qorunması və məktəbin nüfuzuna uyğun davranış prinsipləri barədə geniş məlumat verilib. Valideynlərə bildirilib ki, şagirdlərin tədbirdə nümunəvi və intizamlı şəkildə iştirakı məktəbin əsas prioritet istiqamətlərindən biridir.

Məktəbin 5 “A” sinif rəhbəri Qəhrəmanova Günel müəllimənin təşəbbüsü ilə keçirilən valideyn konfransı da məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Konfransda şagirdlərin akademik göstəriciləri, davamiyyəti, davranış qaydaları, zərərli vərdişlərin sağlamlığa mənfi təsiri, uşaqların sosial inkişafı və təlim-tərbiyə prosesində valideyn məsuliyyəti ilə bağlı geniş müzakirələr aparılıb. Valideynlərin rəy və təklifləri dinlənilib, onların fikirlərinə xüsusi həssaslıqla yanaşılıb.

Məktəbin direktoru Qocayeva Afət müəllimənin rəhbərliyi ilə təhsil müəssisəsində ilk gündən ciddi nizam-intizam, sağlam pedaqoji mühit və yüksək peşəkarlıq prinsipləri formalaşdırılıb. Müəllim kollektivinin peşəkar fəaliyyəti, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və şagirdlərin hərtərəfli inkişafına göstərilən diqqət məktəbin uğurlarını daha da artırır.

Direktor Qocayeva Afət müəllimə bildirib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi və Tovuz Rayon Təhsil Sektoru tərəfindən göstərilən diqqət və dəstək məktəbin fəaliyyətinin daha da güclənməsinə mühüm töhfə verir. Təhsil müəssisəsində həyata keçirilən yeniliklər, yaradılan şərait və pedaqoji heyətə göstərilən dəstək müəllimlərin öz işlərini daha məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirməsinə şərait yaradır.

Qocayeva Afət müəllimə dövlətin təhsil siyasətinə göstərilən xüsusi diqqət və qayğıya görə Qazax-Tovuz Regional Təhsil İdarəsi və Tovuz Rayon Təhsil Sektoru rəhbərliyinə təşəkkürünü bildirib. O vurğulayıb ki, məktəbdə həyata keçirilən bütün tədbirlər Azərbaycan təhsilinin inkişafına, şagirdlərin vətənpərvər, savadlı, milli dəyərlərə bağlı və nümunəvi vətəndaş kimi formalaşmasına xidmət edir.


Oxşar xəbərlər