Şəmkir şəhəri kimya və biologiya təmayüllü liseyin şagirdi Respublika Fənn Olimpiadasının medalçısı oldu

Şəmkir şəhəri kimya və biologiya təmayüllü liseyin şagirdi Respublika Fənn Olimpiadasının medalçısı oldu

Ölkəmizdə keçirilən Respublika Fənn Olimpiadalarında bölgəmizi uğurla təmsil edən gənclərimiz növbəti dəfə yüksək nəticələri ilə diqqət mərkəzinə düşüblər.

Şəmkir şəhəri kimya və biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Əlizadə Əhməd riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasında bürünc medal qazanaraq böyük uğura imza atmışdır.

Qeyd edək ki, Əlizadə Əhməd əvvəlki illərdə də yüksək nailiyyətlər əldə etmişdir:  2024-cü ildə qızıl medal, 2025-ci ildə isə bürünc medal qazanmışdır.

Bu uğur bir daha sübut edir ki, təhsil gənclərin inkişafında, onların gələcək həyatının formalaşmasında mühüm rol oynayır. Elmə və biliyə göstərilən diqqət nəticəsində bölgəmizdə istedadlı və savadlı gənclər yetişməkdə davam edir.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Şəmkir rayonu üzrə təhsil sektorunun şagirdlərə göstərdiyi davamlı dəstək, yaradılan imkanlar və müəllimlərin əməyi bu uğurların əsas səbəblərindən biridir. Bu cür nailiyyətlər gələcəyimizin etibarlı əllərdə olduğunu göstərir.

Kristal TV olaraq medalçımızı, valideynlərini və əməyi keçən müəllimləri ürəkdən təbrik edir, Əhmədə gələcək təhsil həyatında yeni-yeni uğurlar arzulayırıq.

Oxşar xəbərlər