Kristal TV xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol üzrə rayon birinciliyi yüksək əhvali-ruhiyyə və böyük maraqla keçirilib.
Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumi təhsil müəssisələrini təmsil edən 16 komanda mübarizə aparıb. Turnir boyu məktəblilər öz bacarıqlarını nümayiş etdirərək həm idman ruhunu, həm də komanda birliyini yüksək səviyyədə göstəriblər.
Yarış 07.05.2026-cı il tarixində yekunlaşıb və nəticələrə əsasən qaliblər müəyyən olunub:
1-ci yer – Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbi
2-ci yer – Tovuz şəhəri Nəsrəddin Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-lisey
3-cü yer – Tovuz şəhəri Adil Qasımov adına tam orta ümumtəhsil məktəbi
Turnir zamanı şagirdlərin sevinc və həyəcanı xüsusi diqqət çəkib. Final oyunlarından sonra qalib komandaların üzvləri böyük sevinc hissi yaşayıb, əldə etdikləri nailiyyəti müəllimləri və komanda yoldaşları ilə birlikdə qeyd ediblər. İştirakçılar belə yarışların onlara həm motivasiya verdiyini, həm də dostluq və sağlam rəqabət mühitini gücləndirdiyini vurğulayıblar.
Tədbir ilk olaraq Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra çıxış edən Qazax–Tovuz Regional Təhsil İdarəsinin rəhbəri Vüqar Dadaşov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elmə, təhsilə və gənclərin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu bu gün də təhsil sisteminin əsas dayaqlarından biridir və gənclərin formalaşmasında mühüm rol oynayır.
Tədbirin yüksək səviyyədə təşkili, məktəblilərin fəallığı və yarışın ümumi ab-havası iştirakçılar və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Turnirin rayon ictimaiyyəti tərəfindən də yüksək qiymətləndilib