“Xarici Dil Müəllimlərinin Həmrəylik” Forumu

“Xarici Dil Müəllimlərinin Həmrəylik” Forumu

"Təhsil Forumu” Sosial Platforması və “Life Academy” Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda “Xarici Dil Müəllimlərinin Həmrəylik” Forumu keçirilib.

Kristal TV-nin məlumatına əsasən, tədbir ilk olaraq Təhsil Forumu Sosial Platformasının sədr müavini Kəmalə İmanlının çıxışı ilə başlayıb.

Forumda çıxış edən məruzəçilər qlobal dünyada xarici dil, xüsusilə ingilis dilini bilməyin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, müasir dövrdə dünyanın 50-dən çox ölkəsinin rəsmi dövlət dili olan ingilis dili elə bir sahə yoxdur ki, aktual olmasın. 400 müəllimin iştirak etdiyi forumda İngilis dilinin tədrisində layihə əsaslı öyrənmənin rolu, İngilis dilinin biznes həyatında, məktəb həyatında, multikultural cəmiyyətdə rolu kimi məsələlər müzakirə mövzusu olub. Tədbir iştirakçıları, həmçinin ingilis dilində canlı ifa da dinləyiblər. Eyni zamanda forumun bədii hissəsində maraqlı rəqs nümunələri də alqışlarla qarşılanıb.

Sonda forum iştirakçılarına hədiyyələr və sertifikat təqdim edilib.


Oxşar xəbərlər