MİQ və Sertifikasiya üzrə müsahibəyə hazırlaşanlar üçün "Yazı bacarığının formalaşdırılması" mövzusu
MİQ və Sertifikasiya üzrə müdavimlərin müsahibə mərhələsinə hazırlaşdığı zamanda Kurikulum üzrə təlimçi Məmmədova Sevinc Rövşən qızı müəllimlərə dəstək məqsədilə YouTube platforması üzərindən müsahibə mövzularına uyğun dərslər paylaşır. Müəllimlərin qiymətləndirilməsi üçün tələb olunan mövzulardan biri də Yazı bacarığının formalaşdırılmasıdır. Yazı bacarığına aid bütün məlumatları müəllimlər üçün sistemləşdirib bütünlükdə izah etmişdir. Yazı məzmun xətti ilə işləmək, Yazı məzmun xəttinin formalaşdırdığı bacarıqlar, mətnlər, mətnlər üzrə iş hər biri videoda ətraflı izah olunmuşdur. Qeyd edək ki, bundan öncəki videolarında "Oxuyub anlama" və " Dinləyib anlama" mövzularına dair bilikləri də eynilə izah etmişdir. Bu təşəbbüsünü ürəkdən alqışlayır, işlərində uğurlar arzu edirik.
Mövzuyla əlaqədar daha ətraflı məlumat almaq üçün videomuzla tanış ola bilərsiniz .