Tovuz rayonu Yuxarı Öysüzlü kəndi 2 nömrəli körpələr evi-uşaq bağçası 2000-ci ildən fəaliyyət göstərir. Müəssisə 25 yerlikdir və hazırda bağçada 22 uşaq qeydiyyatdadır. Bağça kənd ərazisində yaşayan məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsi ilə məşğul olaraq onların sağlam, bilikli və vətənpərvər ruhda formalaşmasına xidmət edir.
Bağçada 4 nəfər pedaqoji heyət, 1 musiqi rəhbəri, 1 tibb bacısı və 7 nəfər texniki işçi çalışır. Kollektiv uşaqların hərtərəfli inkişafı üçün öz vəzifələrini məsuliyyətlə yerinə yetirir və onların bilik, bacarıq və dünyagörüşünün formalaşmasına xüsusi diqqət yetirir.
Müəssisənin müdiri Seyidova Günay Elxan qızı 28 avqust 2019-cu il tarixindən etibarən bu vəzifədə çalışır. Onun rəhbərliyi ilə bağçada təlim-tərbiyə prosesi planlı və səmərəli şəkildə təşkil olunur.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə bağçada mütəmadi olaraq müxtəlif maarifləndirici və əyləncəli tədbirlər, bayram proqramları və tərbiyəvi məşğələlər hazırlanır və həyata keçirilir. Bu tədbirlər uşaqların sosial bacarıqlarının inkişafına, milli dəyərlərin aşılanmasına və yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasına kömək edir.
Hazırda bağçada uşaqlar böyük həvəslə Novruz bayramı münasibətilə keçiriləcək tədbirə hazırlaşırlar. Bu çərçivədə uşaqlara Novruz adət-ənənələri, bayramın rəmzləri, xalq oyunları və mahnıları öyrədilir, onlarda milli dəyərlərə sevgi və hörmət hissi formalaşdırılır.
Bağçanın binasının əsaslı təmirə ehtiyacı olmasına baxmayaraq, kollektiv mövcud imkanlardan səmərəli istifadə edərək uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə həyata keçirilməsinə çalışır. Müəssisədə uşaqların sağlam mühitdə böyüməsi və onların hərtərəfli inkişafı üçün daim diqqət və qayğı göstərilir.
Çəkiliş üçün yaradılan şəraitə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə və Tovuz rayon Təhsil sektoruna təşəkkürümüzü bildiririk