Tovuz rayonunda müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Tovuz rayonunda müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Kristal TV xəbər verir ki, bu gün Tovuz rayonunda müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Tədbir Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı, Qazax–Tovuz Regional Təhsil İdarəsi və Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Yarışdan əvvəl iştirakçılar Tovuz şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Yarışda ümumilikdə 21 komanda üzrə 105 müəllim mübarizə aparıb. Bir neçə mərhələdən ibarət olan yarışın final mərhələsi “Xəmsə” formatında keçirilib.

Nəticələrə əsasən:

Oxşar xəbərlər