Zelenski G7 sammiti çərçivəsində Trampla görüşməyi planlaşdırır

Zelenski G7 sammiti çərçivəsində Trampla görüşməyi planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski "Yeddilik Qrupu” (G7) sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır.

Kristal Tv "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

 

Qeyd olunub ki, Yermakın Vaşinqtona səfəri zamanı Ukrayna nümayəndə heyəti mümkün görüşü üzərində işləyib.

 

“Bizim səfərimiz, xüsusən Zelenski ilə Trampın Kanadada keçiriləcək G7 sammiti çərçivəsində görüşünə hazırlıq idi”, – o bildirib.

 

 

Oxşar xəbərlər