Hörmətli izləyicilər bu gün sizə Azərbaycan müəllimi adlı lahiyə çərçivəsində Ağammədova Elnurə Zakir qızının fəaliyyətini işıqlandıracayıq. Elnurə xanım 1978-ci il 25 oktyabrda Füzuli şəhərində anadan olmuşdur. 8-ci sinifdə Füzuli şəhər Dəqiq və Humanitar Fənlər Gimnaziyasına ingilis dili üzrə qəbul olmuşdur. Bakı şəhərinə köçdükdən sonra, Təhsilini burda davam etdirir. 1995-ci ildə Mirzə Ələkbər Sabir adına texnikumuna qəbul olmuşdur. 1998-ci ildə Laçın rayon 20 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməyə başlamışdır. Artıq 25 ildir işləyir. Fəal təlimçi kimi kurikulum dərslərini tədris edir. Köçkün məktəbində şəraitləri yaxşı olmasa da kiçik otaqlarda dərslərini çox maraqla interaktiv şəkildə keçir. Bütün tədbirlərdə fəal iştirak edir. Məktəbin təşkilatı işlərində də fəaldır. Diaqnostik və sertifikasiya imtahanından uğurla keçib. Məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bir neçə kurslarda iştirak edib."Təhsil forumu" sosial platforması və "Kristal TV" tərəfindən "İlin Fəal Pedaqoqu" fəxri diplomla təltif olunmuşdur. Həmçinin "Zəfər Günü" -nə həsr edilmiş Vətənpərvər Təhsil İşçilərinin Forumunda iştirakına görə,"Disleksiya və yeddi qızıl tövsiyyə" adlı vebinarda iştirakına görə,"Doğru nitq qur və maraq yarat" adlı vebinarda iştirakına; görə,"Məktəbəqədər təhsilin rolu və əhəmiyyəti"vebinarda iştirak etdiyi üçün sertifikatlarla təltif edilmişdir. Məktəbdə ibtidai sinif müəllimlərinin metodiki birləşmənin sədridir. Ən böyük arzusu doğma Füzulidə fəaliyyətini davam etdirməkdir. Bizdə Kristal Tv olaraq Elnurə müəllimə bundan sonrada bol uğurlar və əb qısa müddətdə arzusunun həyata keçməsini diləyirik.
- USD : 1.7000
- EUR : 1.7488
- RUB : 1.6559
CANLI
Azərbaycan müəllimi
- Elm-təhsil
- 1 il əvvəl əlavə olunub

Oxşar xəbərlər
Son xəbərlər
Foto Sevgi dolu müəllim, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
26 gün əvvəlOrucu arıqlamaq niyyəti ilə tutmaq olarmı?
2 ay əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun