Magistrantlar üçün vebinar keçirildi

Magistrantlar üçün vebinar keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsi və şöbənin Davamlı təhsil və innovasiyalar bölməsinin birgə təşkilatçılığı ilə magistrantlar üçün “Kurikulumda yeni yanaşmalar rəqabətqa­biliyyətli kadr hazırlığının əsas faktorlarından biri kimi” mövzusunda vebinar keçirilib.

Şöbə müdiri Rəşad Sadıqov bildirib ki, vebinar müxtəlif ixtisaslaşmalar üzrə təhsil alan magistrantların təhsil sahəsində olan yenilikləri öyrənməyə marağını nəzərə alaraq təşkil edilib. Bununla yanaşı, sürətlə dəyişən və inkişaf edən müasir dünyada yeni bacarıqlara yiyələnmənin əhəmiyyətindən, onun üstünlüklərindən bəhs olunub.

Oxşar xəbərlər